ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir"

ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir"Bu gün sosial şəbəkələrdə məşhurlaşmaq bir çox insan üçün arzuya çevrilib. Bir video, paylaşım və ya fərqli fikir qısa zamanda milyonlarla insana çata bilir. Bəs sosial şəbəkədə məşhur olmaq həqiqətən uğur göstəricisidir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov sosial şəbəkələrdə tanınmaq istəyinin arxasında duran səbəbləri açıqlayıb:
ELVİN ABBASOV: "Rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir""Sosial şəbəkələrdə məşhur olmaq isteyi müasir dövrdə təkcə fərdi arzu deyil, həm də psixoloji və iqtisadi amillərin birləşdiyi mürəkkəb bir rəqəmsal fenomendir. Bu cəlbediciliyin kökündə həm real uğur qazanmaq imkanı, həm də diqqət asılılığı dayanır. Bir tərəfdən böyük auditoriyaya sahib olmaq fərdlərə maliyyə müstəqilliyi, brend tərəfdaşlıqları və öz ideyalarını geniş kütlələrə çatdırmaq kimi real imkanlar təqdim edir. Digər tərəfdən isə sosial şəbəkə alqoritmlərinin təqdim etdiyi bəyənmə və şərh bildirişləri beynin dopamin sistemini tətikləyərək insanlarda tədricən diqqət və təqdir olunma asılılığı yaradır. Nəticədə rəqəmsal aləmdəki tanınma bəzən real nailiyyəti əvəz edən psixoloji illüziyaya çevrilir" .

Ekspert həmçinin bildirib ki, rəqəmsal məkanda məşhurluq artdıqca hesablardakı bot və saxta izləyicilərin sayı da ciddi müzakirə mövzusuna çevrilir:

"Saxta auditoriyanı real izləyicilərdən ayırd etmək üçün ilk növbədə hesabla izləyicilər arasındakı interaktivlik nisbətinə (engagement rate) diqqət yetirilməlidir. Əgər yüz minlərlə izləyicisi olan bir hesabın paylaşımları cəmi bir neçə yüz bəyənmə alırsa və ya şərhlərin sayı həddən artıq azdırsa, bu göstərici saxta izləyici kütləsinin varlığına işarə edir" .
Mütəxəssis qeyd edib ki, ikinci vacib məqam şərhlərin keyfiyyəti və izləyici profillərinin strukturudur:
"Saxta accounts tərəfindən yazılan şərhlər adətən ümumi ifadələrdən, yalnız smayliklərdən və ya mövzuya aidiyyəti olmayan avtomatik ifadələrdən ibarət olur. Həmçinin izləyicilər siyahısına daxil olduqda profil fotosu olmayan, qeyri-adi istifadəçi adlarına malik, heç bir paylaşımı bulunmayan və ya minlərlə hesabı izlədiyi halda özünü heç kimin izləmədiyi hesabların üstünlük təşkil etməsi bot şəbəkələrinin istifadə olunduğunu aydın göstərir".

E.Abbasov sonda onu da vurğulayıb ki, peşəkar rəqəmsal təhlil zamanı hesabın statistik dinamikası incələnir. Real izləyici artımı adətən müəyyən vaxt ərzində tədricən və ya uğurlu bir məzmun paylaşımından sonra yüksəlir:

"Əgər hesabda qəfil, bir neçə saat ərzində minlərlə kəskin izləyici artımı və ya eyni şəkildə kütləvi azalma müşahidə olunursa, bu hal süni izləyici artırılması (boost) xidmətlərindən istifadə edildiyini təsdiqləyir".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 777   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 276
.

Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb. -a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib. O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:. "Anamın səhhətində yarana

04.11.2026 444
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 211
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 122
.

Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı

Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan

12:20 327
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

04.11.2026 361
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 289
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 245
.