Bakıda torpaq alarkən nələrə diqqət etmək lazımdır?
"Torpaq bazarında qiymətlərə təsir edən əsas amillərdən biri mərkəzdən məsafə və nəqliyyat əlçatanlığıdır. Mərkəzə və əsas biznes zonalarına yaxın torpaq sahələrinə tələbat daha yüksək olduğundan onların qiyməti də adətən baha olur".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, digər mühüm amil infrastrukturun səviyyəsidir. Yolların vəziyyəti, ictimai nəqliyyatın mövcudluğu, kommunal xətlər, məktəb, tibb müəssisələri və digər xidmətlərin yaxınlığı torpağın bazar dəyərinə birbaşa təsir göstərə bilər:
"Torpağın təyinatı da qiymətin formalaşmasında mühüm rol oynayır. Fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi ilə kommersiya və ya sənaye təyinatlı torpağın qiymətini birbaşa müqayisə etmək düzgün deyil.
Bununla yanaşı, torpaq alarkən sənədləşmə məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Ucuz görünən torpağın hüquqi statusu, çıxarışı, sərhədləri və həmin ərazidə tikinti imkanları mütləq yoxlanılmalıdır.
Potensial alıcı üçün torpaq sahəsi seçərkən ilk növbədə onun hüquqi statusu və çıxarışının olub-olmaması araşdırılmalıdır. Daha sonra torpağın təyinatı və həmin ərazidə tikinti imkanları, yola və nəqliyyat infrastrukturuna çıxış, elektrik, qaz, su, kanalizasiya və digər kommunikasiyaların mövcudluğu nəzərə alınmalıdır. Eyni zamanda ərazinin gələcək inkişaf potensialı, torpağın sonradan satılması və ya istifadə imkanları da qiymətləndirilməlidir.
Torpaq bazarında gələcək qiymət artımı potensialından danışmaq mümkündür, lakin konkret ərazi üzrə "mütləq bahalaşacaq" fikrini səsləndirmək peşəkar yanaşma deyil. Qiymətlərin gələcək dinamikasına ərazinin urbanizasiya səviyyəsi, yeni infrastruktur layihələri, nəqliyyat əlçatanlığı, tikinti aktivliyi, torpaq təklifinin məhdudluğu və həmin əraziyə olan real tələbat kimi amillər təsir edir.
Əgər məqsəd yalnız Bakıda ən aşağı qiymətə torpaq sahəsi tapmaqdırsa, Qaradağ istiqaməti aşağı qiymət seqmentində diqqət çəkən ərazilərdən biri hesab oluna bilər. Lakin əmlak bazarında peşəkar yanaşma yalnız ucuzluğun əsas götürülməsini nəzərdə tutmur.
Əsas məsələ qiymət, lokasiya, hüquqi status, infrastruktur və gələcək istifadə potensialının birlikdə qiymətləndirilməsidir. Buna görə də torpaq bazarında ən doğru sual "ən ucuz torpaq haradadır?" deyil, "ödədiyim qiymətə hansı hüquqi və iqtisadi imkanları əldə edirəm?" olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar
ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd
10:45 242 "Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib
04.11.2026 397 Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı
10:39 250 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 216 Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var
Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi
10:36 215 Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq
Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd
15:50 179 XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik
12:31 240 Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə
15:36 174 Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 212