Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?

Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır. Bir ilin haradan götürüləcəyi, nəyin ixtisar olunacağı və bunun məzunun hazırlığına necə təsir göstərəcəyi əsas suallardır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, əgər dördillik proqramın bütün məzmunu üç ilə sığdırılacaqsa, tələbəni daha intensiv təhsil prosesi gözləyəcək. Dərs yükü artacaq, müstəqil çalışma tələb olunacaq, praktiki məşğələlərin əhəmiyyəti yüksələcək. Bu halda üç il "asan universitet" deyil, əksinə, daha intensiv təhsil demək olacaq. Tələbə bir il qazanacaq, amma həmin üç ilin hər ayından daha səmərəli istifadə etməli olacaq:

"Əgər bir il proqramdan sadəcə çıxarılacaqsa, məsələ tamam fərqli görünür. Bu halda tələbə vaxtla yanaşı, müəyyən bilikləri də itirə bilər. Xüsusilə mühəndislik, tibb, təbiət elmləri, pedaqogika və ciddi nəzəri-praktiki hazırlıq tələb edən digər sahələrdə təhsilin məzmununun mexaniki şəkildə azaldılması arzuolunmaz nəticələr yarada bilər. Çünki bəzi biliklərin mənimsənilməsi üçün yalnız dərs saatı deyil, zaman və ardıcıllıq da vacibdir.
Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?Üçillik modelin tərəfdarlarının əsas arqumentlərindən biri isə müasir əmək bazarının diplomdan daha çox bacarıq tələb etməsidir. İşəgötürən üçün gəncin universitetdə neçə il oxumasından daha çox, konkret işi bacarıb-bacarmaması əhəmiyyət daşıyır. Əgər yeni sistem nəzəriyyənin təkrarını azaldaraq praktiki hazırlığı gücləndirəcəksə, üç il ərzində daha faydalı nəticə əldə etmək mümkündür.

Lakin burada universitetlərin öz üzərinə də ciddi məsuliyyət düşür. İllərdir dəyişməyən proqramları olduğu kimi saxlayıb yalnız təhsil müddətini azaltmaqla nəticə əldə etmək mümkün deyil. Fənlərin məzmunu yenilənməli, bir-birini təkrarlayan mövzular aradan qaldırılmalı, tələbələrin real layihələrdə işləməsinə daha çox imkan yaradılmalıdır. Universitet tələbəyə yalnız "nəyi bilməli olduğunu" deyil, "bildiyini necə tətbiq etməli olduğunu" da öyrətməlidir.

Əslində, üçillik sistem universitetlər üçün bir növ imtahan olacaq. İndiyədək dörd ilə sığan proqram üç ilə sığmırsa, problem yalnız müddətdə deyil, proqramın özündə də axtarılmalıdır. Bəlkə də illər ərzində tədris planlarına yığılan artıq mövzular, təkrarlanan fənlər və praktik həyatda az istifadə olunan məlumatlar kifayət qədər çoxdur. Üçillik model bu baxımdan ali təhsilin özünü də yeniləmək üçün fürsət yarada bilər.

Lakin bu dəyişiklik əmək bazarından ayrı düşünülməməlidir. İşəgötürən üçillik bakalavr məzununu hansı səviyyədə qəbul edəcək? Təhsil müddətinin azalması onun peşə hazırlığına münasibəti dəyişəcəkmi? Müəyyən ixtisaslarda bakalavr səviyyəsində öyrənilən biliklərin bir hissəsi magistraturaya keçiriləcəksə, magistr təhsilinin yükü və əhəmiyyəti necə dəyişəcək? Bu suallar cavablandırılmadan yalnız "üç il daha yaxşıdır" demək də, "dörd il mütləq lazımdır" demək də kifayət deyil.

Tələbənin sosial həyatı da bu hesablamanın bir hissəsi olmalıdır. Universitet yalnız auditoriya və imtahan zalı deyil. Tələbə burada müxtəlif layihələrdə iştirak edir, tələbə təşkilatlarına qoşulur, xarici dil öyrənir, fərqli insanlarla ünsiyyət qurur və ilk peşə əlaqələrini yaradır. Üçillik sistem tələbənin bu imkanlarını azaltmamalı, əksinə, onları daha səmərəli təşkil etməlidir.

Ən mühüm məsələ isə diplomun müddətinin deyil, məzunun keyfiyyətinin ölçülməsidir. Sabah üçillik bakalavr diplomu alan gənc işəgötürənin qarşısında dayananda onun neçə il oxumasından daha vacib bir sual veriləcək: "Nə bacarırsan?" Əgər cavab güclüdürsə, üç il kifayət edə bilər. Cavab zəifdirsə, dörd ilin nə qədər fayda verdiyi də ayrıca sualdır.

Ona görə də universitetlərin üç ilə endirilməsi məsələsini sadəcə "tələbələr bir il tez məzun olacaq" xəbəri kimi təqdim etmək düzgün olmaz. Bu, ali təhsilin fəlsəfəsinə toxunan dəyişiklikdir. Üç il ərzində daha çox şey öyrətmək mümkündürsə, bu, islahatdır. Üç il ərzində əvvəlki biliklərin bir hissəsini itirmək bahasına diplom verməkdirsə, bu, sadəcə təqvim dəyişikliyidir.

Bir sözlə, məsələ üç il və ya dörd il deyil. Məsələ üç ilin içini nə ilə dolduracağımızdır. Universitetin uğuru diplomun tələbənin əlinə bir il tez keçməsi ilə yox, həmin diplomun arxasında nə qədər real bilik və bacarıq dayanması ilə ölçüləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 752   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

04.11.2026 397
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 250
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 216
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 215
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

15:50 179
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

12:31 240
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

15:36 174
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.