"NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir" - BƏHRUZ QULİYEV
"Rusiya-Ukrayna müharibəsinin Avropa ərazisinə daha geniş şəkildə yayılması ehtimalını artıq yalnız nəzəri ssenari kimi qiymətləndirmək düzgün olmaz. Çünki son hadisələr müharibənin bilavasitə NATO sərhədlərinə yaxınlaşdığını göstərir. Litva hava məkanında PUA-nın vurulması və Baltik dənizində Rusiya hərbi gəmisi ilə Danimarka helikopteri arasında baş verən insident bunun ciddi göstəriciləridir.
Digər tərəfdən, Moskvanın Polşaya qarşı səsləndirdiyi sərt təhdidlər də vəziyyətin nə qədər təhlükəli olduğunu nümayiş etdirir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, NATO ölkəsinə qarşı birbaşa hərbi hücum tamam başqa mərhələ deməkdir. Belə bir hadisə NATO-nun kollektiv müdafiə mexanizmlərini işə sala və qarşıdurmanı lokal münaqişədən daha geniş hərbi böhrana çevirə bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Avropanın əsas narahatlığı da məhz budur ki, müharibə Ukrayna ərazisində qalmaqdan çıxaraq hava məkanı, sərhəd infrastrukturu, kiberhücumlar, diversiya və digər hibrid fəaliyyətlər formasında Avropa ölkələrinə keçə bilər. NATO artıq şərq cinahında hava və raket hücumundan müdafiəni gücləndirdiyini bildirir.
Amma bütün bunlarla yanaşı, tərəflərin genişmiqyaslı NATO-Rusiya müharibəsindən yayınmaq üçün hələ də diplomatik kanalları saxlaması mühüm amildir. Lavrovun son açıqlamalarında Moskvanın Ukrayna ilə danışıqlara hazır olduğu bildirilir. Bu isə göstərir ki, hərbi qarşıdurma ilə yanaşı diplomatik müstəvidə də proses davam edir.
"Mənim fikrimcə, hazırkı mərhələdə ən böyük təhlükə təsadüfi insidentlərin zəncirvari şəkildə eskalasiyaya çevrilməsidir. Bir PUA-nın NATO hava məkanına daxil olması, hərbi gəmi ilə təyyarə arasında təhlükəli insident və ya sərhəd ərazisinə raketin düşməsi təkcə texniki hadisə deyil, siyasi qərarları sürətləndirə biləcək faktor ola bilər.
Ona görə də bu gün əsas məsələ kimin daha sərt bəyanat verməsi deyil, tərəflərin hansı həddə qədər eskalasiyaya getməmək iradəsi nümayiş etdirməsidir. Çünki Rusiya ilə NATO arasında birbaşa toqquşma baş verəcəyi təqdirdə söhbət artıq yalnız Rusiya-Ukrayna müharibəsindən yox, Avropanın təhlükəsizlik arxitekturasını dəyişə biləcək daha böyük böhrandan gedəcək.
Bu baxımdan diplomatik kanalların açıq saxlanılması, insidentlərin qarşısının alınması mexanizmlərinin gücləndirilməsi və tərəflərin yanlış hesablamalardan yayınması hazırda Avropanın qarşısında duran əsas təhlükəsizlik məsələləridir." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 793 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
15:22 218 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 "İlham Əliyev alnından öpüləcək adamdır" - Video
Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri
10:22 243 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 212 8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 227 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
18:15 1 ABŞ seçkilərinin nəticələri İranla sülh danışıqlarını aktuallaşdırır
ABŞ-da keçirilən seçkilərin nəticələri İranla sülh sazişinin əldə olunmasını ABŞ prezidenti Donald Tramp üçün daha da aktuallaşdırır. Lakin bu vəziyyət Tehran üçün prosesi asanlaşdırmır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, prosesin gələcə
10:25 222