Azərbaycanda idxal azalır: Xarici məhsullara tələbat zəifləyib, yoxsa yerli istehsal artır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda idxal göstəricilərində baş verən dəyişiklik diqqət çəkir. İdxalın azalması fonunda əsas sual yaranır: bu tendensiya ölkədə xarici məhsullara tələbatın zəifləməsi ilə bağlıdır, yoxsa daxili istehsalın artması idxala olan ehtiyacı azaldır?
Digər tərəfdən, idxalın strukturunda hansı dəyişikliklərin baş verdiyi və bunun daxili bazara necə təsir etdiyi də maraq doğurur.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, idxalın azalmasını yalnız xarici məhsullara tələbatın zəifləməsi və ya daxili istehsalın artması ilə izah etmək düzgün olmaz. Burada hər iki amilin müəyyən rolu ola bilər, amma əsas məsələ idxalın hansı məhsul qrupları üzrə azaldığıdır. Onun sözlərinə görə, istehlak mallarının idxalı azalırsa, bunun bir hissəsi daxili istehsalın müəyyən qədər genişlənməsi, bir hissəsi isə əhalinin və biznesin xərclərinə daha ehtiyatlı yanaşması ilə bağlı ola bilər: "Digər tərəfdən, Azərbaycanda daxili istehsalın artdığı sahələr var, lakin bu artım hələ bütün idxalı əvəz edəcək səviyyədə deyil. Xüsusilə ərzaq, kənd təsərrüfatı, yüngül sənaye və bəzi tikinti məhsullarında yerli istehsal idxala olan ehtiyacı müəyyən qədər azalda bilər. Lakin maşın və avadanlıqlar, elektronika, müəyyən xammal və sənaye məhsulları üzrə ölkə hələ də idxaldan ciddi asılıdır. İdxalın azalmasının digər mühüm səbəbi qiymət və struktur amilidir. Dünya bazarında müəyyən məhsulların ucuzlaşması həmin məhsulların fiziki həcmi ciddi dəyişməsə belə, idxalın dollar ifadəsində azalmasına səbəb ola bilər. Eyni zamanda investisiya və tikinti aktivliyində dəyişikliklər maşın, avadanlıq və material idxalına da təsir göstərir.
Ona görə də indiki vəziyyəti "Azərbaycan xarici məhsullardan imtina edir" kimi qiymətləndirmək tezdir. Daha düzgün yanaşma budur ki, idxalın azalmasının nə qədəri daxili istehsalın artımı, nə qədəri tələbin zəifləməsi, nə qədəri isə dünya qiymətlərinin və idxal strukturunun dəyişməsi hesabına yaranıb. Əsas göstərici təkcə idxalın ümumi məbləği deyil, məhsul qrupları üzrə həm dəyərin, həm də fiziki idxal həcminin necə dəyişməsidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 818 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
15:22 218 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 "İlham Əliyev alnından öpüləcək adamdır" - Video
Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri
10:22 243 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 212 8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 227 Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə dah
18:15 1 ABŞ seçkilərinin nəticələri İranla sülh danışıqlarını aktuallaşdırır
ABŞ-da keçirilən seçkilərin nəticələri İranla sülh sazişinin əldə olunmasını ABŞ prezidenti Donald Tramp üçün daha da aktuallaşdırır. Lakin bu vəziyyət Tehran üçün prosesi asanlaşdırmır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, prosesin gələcə
10:25 222