2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı
"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb.
BiG.AZ Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
2027-ci il mövsümü martın 12-14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10-12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.
Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24-27-də Bəhreyndəki "Sahir" trasında baş tutacaq.
"2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.
Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik".- deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.
"Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikali turnir haqqında fikirlərini bölüşüb:
"2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək "Formula 1"in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə "Formula 1"i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir. "Formula 1" bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm - gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim".
Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə - 24-26 sentyabrda keçiriləcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 590 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCanni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 365 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 367 Çempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20.10.2026 749 Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli"
25.10.2026 608 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 662 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 705 Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqa
25.10.2026 681 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 935 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 601