Müəllimlik ixtisaslarına qəbul azaldılır: Təhsildə nələr dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Müəllimlik ixtisaslarına qəbul azaldılır: Təhsildə nələr dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında müəllimlik ixtisaslarına qəbul planının azaldılmasının növbəti illərdə də davam etdiriləcəyini bildirib. Nazir bu addımın əsas məqsədinin müəllim hazırlığının keyfiyyətini yüksəltmək və təhsil sisteminin real ehtiyacına uyğun kadr hazırlamaq olduğunu qeyd edib. Əmrullayevin sözlərinə görə, 2026-cı ildə müəllimlik ixtisaslarına 7 540 nəfərin qəbulu nəzərdə tutulub.

Əvvəlki illərdə bu göstərici 10-12 min nəfər civarında olub. Nazir həmçinin bəzi ali təhsil müəssisələrində müəllimlik ixtisaslarına aşağı balla qəbul olunan məzunların sonradan müəllimlərin işə qəbulu imtahanında minimal balı belə toplaya bilmədiyini bildirib. Bu qərarın müəllim hazırlığının keyfiyyətinə, ali məktəblərdə müəllimlik ixtisaslarına marağa və gələcəkdə müəllim çatışmazlığına necə təsir edəcəyi isə müzakirə mövzusudur.
Müəllimlik ixtisaslarına qəbul azaldılır: Təhsildə nələr dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Çingiz Səfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli bununla bağlı bir açıqlama oldu. Daha doğrusu artıq müəllimlik ixtisaslarına qəbul yerlərinin sayı azaldılıb. Yəni əvvəlki dövrlə müqayisədə 3-4 min müəllim yeri azaldılıb. Bununda səbəbi ondan ibarətdir ki, təlabat baxımından müəllimlik ixtisaslarına qəbula azaldılır. Yəni bu gün məktəblərdə nə qədər müəllimə təlabat varsa, ona uyğun olaraq növbəti dörd ilin proqnozlaşdırılması aparılıb plan yerləri müəyyənləşdirilir və bu həddən artıq müəllim kadrlarının yetişməsinin qarşısını alır. Yəni plandan artıq olan müəllim kadrlarının qarşısını alır. Çox insan müəllimlik ixtisasını bitirdikdən sonra işsizlik problemi yaşamayacaq.

Digər bir tərəfdən isə müəllimlik ixtisaslarına qəbul yerlərinin azaldılması ona gətirib çıxardırki artıq müəllimlik ixtisaslarına qəbulların keçid balları yüksəldilir. Buda o deməkdir ki, artıq 150-200 bal ilə deyil, daha yüksək bal ilə yəni 400-450, həttda 500 bal ilə müəllimlik ixtisaslarına qəbul olan abituriyentlər olurki və bunlarda gələcəkdə daha peşəkar müəllim kadrlarının yetişməsinə gətirib çıxaracaqdır. Yəni bu proses yəqinki növbəti illərdə digər ixtisaslar üzrədə aparıla bilər.

Bununla bağlıda Elm və Təhsil naziri Emin Əmrullayevin açıqlaması oldu. Lakin burda təkcə Elm və Təhsil Nazirliyinin deyil, digər əmək bazarı ilə işləyən adiyyatı qurumlarla birgə iş aparılmalıdırki standart olaraq müəyyən sayda qəbul yerləri elan olunsun. Digər ixtisaslarda da həddən artıq şişirdilmiş plan yerləri olmasın.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 1
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 66
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.