Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb.
Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilmiş final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Cahan MFK" və "Prestij MFK" arasında həlledici görüş gərgin və bolqollu mübarizə şəraitində keçib.
Qələbə sayəsində "Prestij MFK" eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi 2026/2027 mövsümü Azərbaycan Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.
Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK"ya kuboku Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.
Qeyd edək ki, 14 iyul - 15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.
Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK" texniki qələbə qazanaraq bürünc medala sahib olub.
Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan"ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK"nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu, Samir Kərimov isə ən məhsuldar futbolçusu seçilib.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlmaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb
Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində
10:35 212 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 236 Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
11:35 241 iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?
Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə
18:30 1 Güclü külək əsir
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22
17:43 66 ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar
ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd
10:45 242 Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə
Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B
11:40 208 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 213