Qafqaz Alban irsi: Tarixi abidələrin mənşəyi necə müəyyənləşdirilməlidir?

Qafqaz Alban irsi: Tarixi abidələrin mənşəyi necə müəyyənləşdirilməlidir?"Qafqaz Albaniyasının tarixi-mədəni irsi ətrafında aparılan mübahisələrə diqqətlə yanaşmaq lazımdır. Çünki söhbət təkcə ayrı-ayrı dini abidələrdən deyil, bütövlükdə Cənubi Qafqazın qədim tarixinin hansı əsaslarla təqdim edilməsindən gedir".

Bunu "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Qafqaz Albaniyası regionun qədim dövlətçilik və mədəniyyət tarixində mühüm yer tutur. Bu irsin müxtəlif nümunələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazisində yerləşən qədim xristian məbədləri Azərbaycanın çoxqatlı tarixi-mədəni irsinin mühüm hissəsidir.
Qafqaz Alban irsi: Tarixi abidələrin mənşəyi necə müəyyənləşdirilməlidir?Onun sözlərinə görə, Azərbaycanın rəsmi mövqeyində həmin irsin bir sıra nümunələrinin işğal dövründə dəyişdirilməsi və erməniləşdirilməsi ilə bağlı ciddi iddialar irəli sürülüb.

"Məsələnin mahiyyəti də məhz bundadır ki, tarixi abidənin üzərində sonradan aparılan dəyişiklik onun ilkin mənşəyini avtomatik olaraq dəyişmir. Tarix siyasi məqsədlərlə yenidən yazıla bilməz. Hər bir abidənin mənşəyi arxeoloji, memarlıq, epiqrafik və digər elmi mənbələr əsasında araşdırılmalıdır", - deyə B.Quliyev vurğulayıb.

Ekspert qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərindəki bir sıra mədəni-dini abidələrin mənşəyinin dəyişdirilməsi ilə bağlı ittihamlar uzun illərdir səsləndirilir. Onun sözlərinə görə, Azərbaycan tərəfi UNESCO qarşısında da işğal olunmuş ərazilərdə mədəni irsin dağıdılması, talan edilməsi və tarixi xarakterinin dəyişdirilməsi məsələsini dəfələrlə qaldırıb.

"Bu baxımdan hesab edirəm ki, Qafqaz Alban irsinin mənimsənilməsi cəhdlərini yalnız dini müstəvidə deyil, tarixi yaddaş və mədəni irs məsələsi kimi qiymətləndirmək lazımdır. Çünki bir xalqın tarixini, abidəsini və mədəni irsini dəyişdirməklə onun tarixi coğrafiyasını da dəyişdirmək cəhdi yaranır.

Azərbaycanın mövqeyi isə aydındır: regionun tarixi irsi siyasi konyunkturaya deyil, elmi həqiqətlərə söykənməlidir. Qafqazın mədəni irsi hansı xalqa aid olmasından asılı olmayaraq qorunmalı, lakin heç bir abidənin mənşəyi saxtalaşdırılmamalıdır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də Qafqaz Alban irsinin elmi əsaslarla öyrənilməsi, beynəlxalq elmi və mədəni platformalarda obyektiv şəkildə təqdim olunması və tarixi faktların siyasi manipulyasiyadan qorunmasıdır", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 1
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 66
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.