Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşırMilli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?
Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Məlumata görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirə olunub və 2026-cı ilin payız sessiyası üçün iş planına daxil edilib.

Bu qərar yalnız parlamentlərarası münasibətlərin texniki genişləndirilməsi kimi qiymətləndirilmir. ABŞ-də xarici siyasətlə bağlı mühüm qərarların formalaşmasında Konqresin xüsusi çəkisi nəzərə alınarsa, Milli Məclisin bu istiqamətdə fəallaşması Bakı üçün Vaşinqtondakı siyasi dairələrlə birbaşa təmasların gücləndirilməsi baxımından mühüm addımdır.

Burada Azərbaycan üçün uzun illərdir problem olaraq qalan "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişi məsələsi də xüsusi diqqət çəkir. Sözügedən düzəliş Azərbaycana birbaşa yardım göstərilməsinə məhdudiyyətlər nəzərdə tutur və onun tamamilə aradan qaldırılması məsələsi uzun müddətdir Bakının ABŞ ilə gündəmindədir. İndiyədək ABŞ administrasiyası tərəfindən 907-ci düzəlişin tətbiqindən imtina edilməsi mümkün olsa da, onun özünün qanunvericilikdən çıxarılması məsələsində Konqres amili həlledici olaraq qalır.

Bu baxımdan Milli Məclisin ABŞ Konqresi ilə əlaqələri gücləndirmək niyyəti Bakının Vaşinqtondakı qanunverici dairələrlə işini daha sistemli müstəviyə keçirmək istəyindən xəbər verə bilər. Məqsəd yalnız mövcud münasibətləri izah etmək deyil, Azərbaycanın maraqlarının Konqresdə daha yaxşı çatdırılması, ölkəyə qarşı köhnə məhdudiyyətlərin aradan qaldırılması və ikitərəfli münasibətlərin yeni siyasi reallıqlara uyğunlaşdırılması ola bilər.

Xüsusilə Azərbaycan-ABŞ münasibətlərinin əvvəlki stereotiplərdən kənara çıxaraq yeni geosiyasi reallıqlar fonunda qurulduğu bir vaxtda Konqreslə əlaqələrin genişləndirilməsi Bakının Vaşinqtonda siyasi dəstək bazasını möhkəmləndirmək cəhdi kimi də diqqət çəkir.

Başqa sözlə, Bakı ABŞ administrasiyası ilə yanaşı Konqresdə də Azərbaycanla bağlı mövqelərin dəyişdirilməsinə çalışır. 907-ci düzəlişin gündəmdən çıxarılması isə bu istiqamətdə ən mühüm siyasi məsələlərdən biri olaraq qalır.

"Yeni Müsavat"a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ABŞ Konqresi ilə əlaqələri inkişaf etdirməyi vacib hesab edir. Onun sözlərinə görə, Konqresdə erməni lobbisinin təsiri güclüdür və elə bu səbəbdən ABŞ-nin qanunverici orqanı ilə münasibətləri dərinləşdirmək lazımdır. Hüquqşünasın fikrincə, təkcə 907-ci düzəliş deyil, Konqresdə irəli sürülən bəzi anti-Azərbaycan qətnamələri, qanun layihələri olur, onların da keçməsinin qarşısını almaq üçün əlaqələri genişləndirməliyik.

Milli Məclisin planlarını düzgün qiymətləndirən Çingiz Qənizadə çox iş görməli olduğumuzu düşünür: "ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələri bu nöqteyi-nəzərdən çox əhəmiyyətlidir. Yəqin ki, Azərbaycan seçkilərdən sonra Konqreslə əlaqələri inkişaf etdirməyi nəzərdə tutur. Hazırda gözləmək məcburiyyətindəyik. Çünki seçkilərin nəticələrini bilmək vacibdir. Ümid edirəm ki, Respublikaçılar üstünlüyünü qoruyub saxlayacaq. Bundan sonra Milli Məclis Konqreslə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atacaq".

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşırÇingiz Qənizadə erməni lobbisinin təbliğatını təsirli sayır: "907-ci düzəliş ona görə qəbul olunub ki, guya ermənilər Qarabağda blokada şəraitində saxlanıb. Bu gün də eyni saxta təbliğat gedir ki, 2023-cü ilin yazında keçmiş Laçın dəhlizini bağlamışıq və ermənilər blokada şəraitində qalıb, sonra da antiterror əməliyyatı ilə guya etnik təmizləmə aparılıb. Anti-Azərbaycan dairələr indi də bu yalanı aşılayır və bəzi konqresmenlər də bu oyunda iştirak edirlər. Ona görə də bədnam qanunun ləğvi üçün çox böyük iş görülməsinə ehtiyac var. Azərbaycan diaspor və lobbisinin də üzərinə ağır yük düşür. Yəni təkcə Konqreslə əlaqələri yaxşılaşdırmaq yetərli deyil".

Hüquq müdafiəçisinin gözləntisi odur ki, iki qanunverici orqan arasında məsləhətləşmələr ola bilər: "Amma nəzərə alaq ki, hər şeyin istədiyimiz şəkildə reallaşması asan deyil. Konqresdə Demokratlar arasında erməni lobbisi ilə əməkdaşlıq edənlər çoxdur. Onlar erməni lobbisinin maraqlarını ifadə edirlər. Bu baxımdan, hər zaman Azərbaycanın əleyhinə olan məsələlərdə iştirak edirlər. Bu səbəbdən də, 907-ci düzəlişlə bağlı ciddi müqavimət göstərilməsi gözləniləndir. Halbuki bu sənədin heç bir əhəmiyyəti qalmayıb. ABŞ Konqresi Azərbaycanla əlaqələrin vacibliyini 907-ci aktdan üstün tutmalıdır. Sadəcə, bəzi qüvvələr məqsədli şəkildə qanunun ləğvinə qarşı çıxırlar. Çünki Azərbaycanın xeyrinə qərar qəbul olunmasını istəmirlər. Bununla belə, mən cənab Prezidentin ABŞ administrasiyası ilə əlaqələrdə məharətli siyasətinə inanıram və güman edirəm ki, Tramp hakimiyyəti, Respublikaçılar bu əlaqələri dəyərləndirərək Konqresdə tarixi qərarın qəbuluna müvəffəq olacaqlar".

Xatırladaq ki, "Azadlığa Dəstək Aktı" SSRİ-nin dağılmasından sonra Rusiya və müstəqil olmuş digər postsovet ölkələrində demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutur. Sonrakı illər bura humanitar, təhlükəsizlik və terrorizmlə mübarizə istiqamətləri də əlavə olunub.

Təəssüflər olsun ki, elə həmin il Konqres akta Azərbaycanı yardım alan ölkələr siyahısından çıxarmağı nəzərdə tutan 907-ci düzəlişi əlavə edib. Bu düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə, həmçinin yerli özünüidarəetmə qurumlarına birbaşa yardımını qadağan edir. Düzəlişin ortaya çıxmasına, qəbul olunmasına səbəb isə inandırıcı olmayan bir arqument göstərilib.

Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməniləri blokadada saxlayır. Heç bir əsaslı səbəb olmadan qəbul edilən 907-ci düzəliş 1992-ci ildən 2002-ci ilə qədər Azərbaycana ABŞ-dən birbaşa yardımın göstərilməsinin qarşısını alıb.

Hazırda 907-ci düzəlişin ləğv edilməsi istiqamətində Konqresin özündə də müəyyən işlər aparılır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna bildirib ki, Azərbaycana verilən hərbi və maliyyə yardımlarını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğv olunması vacibdir. Bu məqsədlə qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib. Qeyd edək ki, artıq bu barədə Konqresin saytında da məlumat yerləşdirilib.

Emil SALAMOĞLU,
"Yeni Müsavat"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 1
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 66
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.