"Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül Nurullayeva

"Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül Nurullayeva"Qarabağ və Şərqi Zəngəzur uzun əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan olub. Bu ərazilərin zəngin tarixi-mədəni irsi bu gün də regionun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin 30 illik işğal dövründə Ermənistan mədəni irsin mənsubiyyətinin dəyişdirilməsi və tarixi kontekstindən qoparılmasına çalışdı". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
"Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir" - Könül NurullayevaOnun sözlərinə görə, Qafqaz Albaniyası da Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biridir: "Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda Alban irsi ilə bağlı çoxsaylı abidələr mövcuddur. Lakin ermənilər tarixi abidənin mənsubiyyətinin süni şəkildə dəyişdirərək, onun ilkin tarixi kontekstinin arxa plana keçirilməsinə, gələcək nəsillərin keçmişi obyektiv öyrənməsinə mane olmağa can atır.

Ermənistanın vaxtilə işğal etdiyi Qarabağ və ətraf rayonlarda Azərbaycan xalqının tarixi-mədəni və dini irsinə qarşı dağıntılarla yanaşı, bir sıra abidələrin erməniləşdirilməsi istiqamətində də addımlar atılıb. Məscidlər, qəbiristanlıqlar və digər İslam irsi nümunələri ciddi zərər görüb.

Beynəlxalq mənbələr də Qarabağdakı mədəni irsin münaqişə nəticəsində ciddi zərər gördüyünü qeyd edib.

Lakin dünya 30 il ərzində buna göz yumub. Cənab Prezidentin də söylədiyi kimi, "Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb."

Əslində hər bir tarixi abidənin hansı xalqa məxsus olduğunu sübut edən arxeoloji materiallar, kitabələr, tarixi mənbələr, xəritələr, arxiv sənədləri və digər elmi sübutlar mövcuddur. Hansısa abidənin üzərindəki yazının dəyişdirilməsi, əvvəlki kitabələrin silinməsi və ya onun tarixi mənsubiyyətinin birtərəfli təqdim edilməsi həqiqəti dəyişmir. Əksinə, belə müdaxilələr həmin abidənin obyektiv şəkildə araşdırılmasına ehtiyacı daha da artırır.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri də tarixi-mədəni irsin qorunmasıdır.
Burada əsas prinsip bütün irs nümunələrinə - məscid, kilsə, monastır, qəbiristanlıq, türbə və digər tarixi obyektlərə eyni yanaşmanın tətbiq olunmasıdır.
Ermənistan israrla Gəncəsər və Xudavəng monastrına iddia etsə də, bütün dünya bunun qədim Alban irsi olduğunu, bu irsin Azərbaycan tərəfindən mühafizə olunduğunu qəbul edir.

Bu gün Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxdığı bir mərhələdə sülhün keçmişin saxtalaşdırılması üzərində qurulması cəhdlərini müşahidə edirik. Bu isə Ermənistanın sülhlə bağlı mövqeyinə dair əsaslı suallar yaradır. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə mühafizə olunan irslə bağlı son vəziyyəti beynəlxalq ictimaiyyətə təqdim etməkdən çəkinmir. Amma Ermənistan bundan çox narahatdır, çünki dünya qarşısında növbəti dəfə ifşa olunur.

Heç bir dövlət, o cümlədən də Ermənistan öz siyasi məqsədləri naminə başqa xalqın mədəni irsini silə, dəyişdirə və ya öz adına çıxa bilməz".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 901   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 1
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 66
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.