İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMA

İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMA"Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdığı bir dövrdə, artıq 22-cisi təşkil olunan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfərinə Ermənistan hakimiyyətinin kəskin reaksiyası qəbuledilməzdir. Təhlillər göstərir ki, aparılan kampaniyanın dirijorluğunu Ermənistan hakimiyyətinin özü edir. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın resurslarda yayımlanıb. Belə görünür ki, Ermənistanda revanşistlər təkcə müxalifətdə deyil". Bu sözləri BiG.AZ-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.
İrəvanın "ikibaşlı" sülh gündəliyi - millət vəkili Pərvanə Vəliyevadan AÇIQLAMAOnun sözlərinə görə, Qarabağ Azərbaycanın suveren ərazisidir. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən diplomatlar Azərbaycanın suveren ərazisində hərəkət etməkdə azaddır və buna görə onlar qınanıla bilməz: "Bundan başqa, diplomatların təmsil etdiyi ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər. Erməni cəmiyyətindən bu səfərə qarşı bu cür reaksiya Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir.

İrəvanın sülhdə qeyri-səmimilik nümunələrini çox görmüşük: Sülh danışıqlarına paralel Qərbdən hücum məqsədli silahların alınması, beynəlxalq təşkilatın mülki missiyasının sərhəddə binokl şousuna dəstək, Azərbaycanın milli maraqlarına zidd olan "sülh kəsişməsi" adlı absurd layihənin Qərbdə təbliğatı, mina xəritələrinin təqdim olunmaması və s.
Normallaşma istiqamətində atılan bütün praktiki addımlara baxmayaraq Erməni tərəfi daha bir səmimiyyətsizlik nümayiş etdirdi. Bu cür məsuliyyətsiz addımlar əldə olunmuş irəliləyişləri B nöqtəsindən A nöqtəsinə geri qaytarır.

Gəncəsər və Xudavəng monastırları ilə bağlı Ermənistan Parlamentində müzakirə və sədr Ruben Rubinyanın bu barədə tarixi faktları təhrif edən bəyanatı yersiz idi və qəbuledilməzdir.

Ermənistan Parlament sədrinin "Azərbaycanın mövqeyi erməni cəmiyyətini qəzəbləndirəcək" deməsi, 2022-ci il 12-13 sentyabr tarixlərində sərhəd döyüşlərində həlak olmuş erməni hərbçilərinin xatirəsinin Ermənistan parlamentində bir dəqiqəlik sükutla anılması revanşizmə xidmət edən addım kimi qiymətləndirmək olar.

Qafqaz Albaniyasının mədəni irs nümunələri Gəncəsər və Xudavəng monastırlarının erməni abidələri kimi təqdim edilməsi tarixin saxtalaşdırılmasına cəhddir.

Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irsi nümunələri erməni kitablarında, "qədim erməni" mədəni irsi, tarixi Ermənistan və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Onlar bununla Azərbaycan mədəni irsini məhv etməyə çalışır, azərbaycanlı izlərini bu torpaqlardan məqsədyönlü şəkildə silməyə çalışırdılar. Lakin buna nail ola bilmədilər. Tarixi abidələrə və şəhərlərimizə qarşı həyata keçirilmiş vandalizmin dünya ölkələri diplomatik korpus nümayəndələrinin timsalında bir daha şahidi oldu.

Kompleksdən Kəlbəcərin təhvili zamanı İncil, xaçlar, ikonalar, kitablar, suvenir və s. əşyaların qanunsuz çıxarılıb. Qərbi Azərbaycanda məscidlər müxtəlif formada təhqir olunur, qəbiristanlıqlar, azərbaycanlılara məxsus mədəni irs nümunələri məqsədli şəkildə məhv edilir.

Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki abidələrin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə davamlı fəaliyyət həyata keçirir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

iPhone, Samsung və Xiaomi telefonlarının radiasiya səviyyəsi - birinci hansıdır?

Populyar smartfonların radiotezlik enerjisinin udulma göstəriciləri müqayisə olunub. Təqdim edilən siyahıda baş nahiyəsi üzrə ən yüksək göstərici "iPhone 17"də qeydə alınıb 1,49 Vt "iPhone 16e" isə 1,48 Vt/kq nəticə ilə onu izləyib. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislə

18:30 1
.

Güclü külək əsir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22

17:43 66
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 242
.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 208
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.