MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMA

MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMAİş yerində psixoloji təzyiq, təhqir, təcrid və davamlı təzyiq halları son illər daha çox müzakirə olunan problemlərdəndir. "Mobbinq" adlandırılan bu davranışlar əməkdaşın həm psixoloji vəziyyətinə, həm də iş fəaliyyətinə ciddi təsir göstərə bilər.

Bəs iş yerində mobbinqin qarşısını necə almaq olar və belə hallarla üzləşən işçinin hansı hüquqları var?
MOBBİNQ: İş yerində səssiz zorakılığın hüquqi tərəfi - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Cavanşir Qasımzadə iş yerində mobbinqin hansı hallarda özünü göstərdiyini və belə vəziyyətlərlə qarşılaşan şəxslərin hüquqlarının necə qorunduğunu izah edib:

"Mobbinq iş yerində bir və ya bir neçə şəxs tərəfindən müəyyən bir işçiyə qarşı sistemli, davamlı və məqsədyönlü şəkildə həyata keçirilən psixoloji təzyiq, mənəvi terror və təcridetmə davranışlarıdır. Bir davranışın mobbinq hesab olunması üçün onun təsadüfi bir münaqişə deyil, müəyyən zaman ərzində (adətən ən azı 6 ay) müntəzəm olaraq təkrarlanması vacibdir. İşçiyə dalbadal əsassız iradlar bildirmək, onun işini görməzdən gəlmək, verilmiş tapşırıqları mütəmadi ləğv etmək və ya icrası qeyri-mümkün öhdəliklər yükləmək, onu kollektivdən təcrid etmək, haqqında şayiələr yaymaq və peşəkar nüfuzunu zədələmək mobbinqin əsas göstəriciləridir"

Vəkilin sözlərinə görə, rəhbərin işçisini mütəmadi olaraq kollektiv qarşısında alçaltması, qışqırması, təhqir etməsi və ya onun peşəkarlığını əsassız şəkildə başqalarının yanında aşağılaması birmənalı olaraq mobbinq formasıdır:

"Bu, psixoloji təzyiqin ən çox rast gəlinən növlərindən biridir və işçinin mənəvi-psixoloji vəziyyətini sarsıtmağa, onu öz istəyi ilə işdən çıxmağa məcbur etməyə yönəlir. Təkrar olunan bu cür rəftar iş yerində sağlam olmayan mühit yaradır və işçinin ləyaqətini birbaşa hədəf alır"

C. Qasımzadə son olaraq onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində və ya digər normativ-hüquqi aktlarda "mobbinq" termini ayrıca hüquqi anlayış kimi birbaşa göstərilməyib. Lakin bu, mobbinqin hüquqi müdafiəsiz qalması demək deyildir:

"Qanunvericilik işçinin şərəf və ləyaqətinin müdafiəsini, sağlam və təhlükəsiz iş şəraitində çalışmaq hüququnu və hər növ ayrı-seçkiliyin, psixoloji zorakılığın qadağan olunmasını təmin edir. Mülki Məcəlləyə əsasən, bu cür davranışlara məruz qalan işçi şərəf və ləyaqətinə vurulmuş zərərə, həmçinin dəymiş mənəvi ziyana görə məhkəməyə müraciət edərək kompensasiya tələb etmək hüququna malikdir. Əgər rəhbərin alçaldıcı davranışları təhqir və ya böhtan həddinə çatarsa, bu artıq İnzibati Xətalar Məcəlləsi və ya Cinayət Məcəlləsi çərçivəsində məsuliyyət yarada bilər".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 59
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

18:45 0
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 145
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 273
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.