Yaş fərqi ailə xoşbəxtliyinə MANEƏDİR, yoxsa sadəcə STEREOTİP? - AÇIQLAMA

Yaş fərqi ailə xoşbəxtliyinə MANEƏDİR, yoxsa sadəcə STEREOTİP? - AÇIQLAMAEvlilikdə yaş fərqi hər zaman müzakirə olunan məslələrdən biridir. Bəs bu fərq ailə münasibətlərinə həqiqətən təsir edirmi , yoxsa burada əsas məsələ cəmiyyətin formalaşdırdığı stereotiplərdir?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Naib Niftəliyev suallarımıza aydınlıq gətirib:
Yaş fərqi ailə xoşbəxtliyinə MANEƏDİR, yoxsa sadəcə STEREOTİP? - AÇIQLAMA"Ümumiyyətlə evlilik məsələsi hər iki tərəfin razılığı ilə olan və xüsusi şəxsi maraqlar, şəxsi rahatlıq, şəxsi komfort və qarşılıqlı tamamlama ilə şərtlənən bir məsələdir ki, bu dəfələrlə müzakirə olunub və dəfələrlə deyilib. Təbii ki kişinin ailə qurduğu halda qadından daha çox böyük olması bir norma kimi qəbul edilir. Burada yaş fərqindən daha çox psixofizioloji yetkinlik, bir-birini tamamlama, qarşılıqlı tələblərin nə dərəcədə üst-üstə düşməsi və fiziki-psixoloji sağlamlıq, bioloji uyğunluq və psixofizioloji uyğunluğun yerində olmasıdır. Əgər bir xanım yetkindirsə, fiziki imkanları ona daha çox uzunömürlülük və sağlamlıq vəd edirsə, daha gənc və perspektivli bəylə ailə qura bilər. Burada qeyri-adi bir şey yoxdur, amma bunun normaya çevrilməsi ziyandır.

Psixoloji uyğunluq elədir ki, adətən kişilərin 5-7 yaş həddinə qədər böyük olması normal qəbul edilir, 3-4 yaş fərqli olanda bu fərq adətən psixoloji uyğunluq və yetkinlik baxımından nisbətən daha optimal həlldir. Amma bu da ideal yanaşma deyil, adətən qadınların psixoloji-fizioloji xüsusiyyətləri kişiləri dəfələrlə üstələyir və müəyyən bir yaş dönəmindən sonra əgər hər hansı bir yetkin xanımı gənc bir bəy bəyənib seçirsə, qarşılıqlı maraq varsa, belə ailələrin qurulması mümkündür, eləcə də eyni şərtləri kişilərə də aid etmək olar".

Sosioloq hesab edir ki, nə kişinin özündən həddən artıq kiçik və ya böyük bir xanımla, nə də xanımın özündən həddən artıq kiçik və ya böyük bəylə ailəq qurması çox da normal qarşılanmır. Səbəb isə aydındır:

"Burada dünyagörüşü fərqi var, biz istər zənginlərin, istər kasıbların həyatında da bu kimi hallara rast gəlirik. Fərq böyük olduqda mənəvi, fiziki, psixoloji uyğunlaşmaq, bir-birini tamamlamaq, bir-birini anlamaq, qiymətləndirmək, dəyərləndirmək və qarşılıqlı münasibətləri tənzimləmək baxımından çoxsaylı problemlər ortaya çıxır. Əslində bu hallar həmyaşıd insanların həyatında da ortaya çıxır, bu bir istisna deyil. Amma müəyyən şərtlər daxilində belə evliliklər alınırsa, hər iki tərəf də özünü təmin olunmuş və xoşbəxt hiss edirsə, təbii ki qanun buna icazə verir.

Amma əxlaq, mədəniyyət, mənəviyyat, ictimai rəy, ictimai qınaq, camaatın fikri biraz fərqlidir. Hər kəs ona görə özünə layiq olanı, yaraşanı etməlidir və ailə seçimində də hər şey könüllü, qarşılıqlı olur. Gələcəkdə hər hansı bir fövqaladə hadisə baş verməzsə, tərəflərin uzunmüddətli evliliyi realdır, əks halda sadəcə varislik xətrinə, gəlir əldə etmək məqsədilə, qadının imkanı, kişinin imkanı naminə qurulursa, burada müəyyən problemlər yaşanır".

N.Niftəliyev son olaraq onu da vurğulayıb ki, insanlar seçim edərkən müəyyən maraqları əsas götürürülər. Belə ki, tərəflərin uzlaşması və münasibətin təməlindən çox şey asılıdır:
"Yaşlı qadın gənc kişi ilə ailə quranda qınaqla qarşılaşırsa, motivlər bəllidir, xarici dövlətlərdə də oxşar nümunələr var. Tərəflərin hər ikisi də subaydırsa, bu halı qiymətləndirmək olar, amma ümumilikdə yaş hər zaman öz sözünü deyir və bu cəhətdən də istisnalar ümümi qaydaları pozmur. Düşünürəm ki, bu gender stereotiplərinin nəticəsi deyil, real psixoloji qanunauyğunluğun, insanların güzəran psixologiyasını düzgün dərk etməsinin, kimi kimə necə yaraşdırmasının, sosial statusunun, sosial münasibətlərin və insan davranışının təbii inkişaf qanunauyğunluqlarının nəticəsidir.

Tərəflər bir-birini bəyənirsə, sağlamlıq vəziyyətləri buna imkan verirsə, azı 15-20 il birlikdə yaşamaq imkanları varsa, niyə də olmasın? Cəmiyyətin narahatlığı əslində yerində və başa düşüləndir, çünki cəmiyyət belə məsələləri istisna olaraq dərk edir, amma norma olaraq qəbul etmək istəmir. Bu da cəmiyyətin özünü tənzimləmə, özünüinkişafetdirmə funksiyasının təbii xüsusiyyətidir".

Lalə Məmmədova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 59
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

18:45 0
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 145
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 273
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.