Qida təhlükəsizliyində yeni mərhələ: İstehlakçını hansı yeniliklər gözləyir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeni mərhələyə start verilir. Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəddə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin daha səmərəli və şəffaf fəaliyyət göstərməsi, eləcə də istehlakçıların məlumatlılığının artırılması qarşıya məqsəd qoyulub.
Bəs yeni Dövlət Proqramı sıravi istehlakçı üçün nəyi dəyişəcək? Vətəndaş marketdən aldığı məhsulun təhlükəsizliyi və keyfiyyəti barədə daha çox məlumata sahib olacaqmı, məhsulların etiketlənməsində hansı yeniliklər tətbiq ediləcək və qida təhlükəsizliyinə nəzarət mexanizmləri necə dəyişəcək?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, 2027-2032-ci illər üçün Qida Təhlükəsizliyi Dövlət Proqramının əsas məqsədlərindən biri istehlakçının gündəlik aldığı qidanın daha təhlükəsiz və nəzarətli olmasını təmin etməkdir. Onun sözlərinə görə, bu dövrdə istehlakçı üçün əsas dəyişiklik qida zəncirinin bütün mərhələlərində - istehsaldan emala, daşınmadan satışa qədər - nəzarətin gücləndirilməsi olacaq: "İlk növbədə, qida məhsullarının istehsalı və satışı ilə məşğul olan subyektlərə nəzarətin daha sistemli və riskəsaslı aparılması gözlənilir. Yəni nəzarət yalnız problem baş verdikdən sonra deyil, riskin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınması prinsipi ilə həyata keçiriləcək. İstehlakçı baxımından digər mühüm məsələ qida məhsullarının izlənəbilənliyinin gücləndirilməsidir. Məhsulun harada istehsal olunduğu, hansı mərhələlərdən keçdiyi və satışa necə çatdığı barədə məlumatların daha şəffaf olması təhlükəli məhsul aşkarlandıqda onun bazardan daha sürətli çıxarılmasına imkan verəcək.
Eyni zamanda saxta, keyfiyyətsiz, mənşəyi məlum olmayan və qanunsuz yollarla satılan qida məhsullarına qarşı mübarizənin gücləndirilməsi istehlakçının hüquqlarının qorunmasına xidmət edəcək. Xüsusilə küçə ticarəti və qeyri-qanuni qida satışı ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Digər tərəfdən, istehlakçının qida haqqında düzgün və dolğun məlumat əldə etməsi də vacib istiqamətlərdən biridir. Etiketləmənin, məhsulun tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər məlumatların düzgün təqdim olunmasına nəzarətin artırılması insanların seçimlərini daha şüurlu etməsinə imkan verəcək.
Bütün bunlarla yanaşı, qida təhlükəsizliyi yalnız dövlət nəzarəti ilə təmin edilə bilməz. İstehlakçının da məhsul alarkən etiketə, son istifadə tarixinə, qablaşdırmanın vəziyyətinə və saxlanma şəraitinə diqqət etməsi vacibdir.
Yəni Dövlət Proqramının istehlakçı üçün əsas mahiyyəti belədir: gələcək illərdə qida bazarında "məhsulun təhlükəsizliyinə güvənmək" anlayışının daha çox nəzarət, izlənəbilənlik, şəffaflıq və məsuliyyət prinsipləri üzərində qurulması gözlənilir.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 926 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 59 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 213 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
11:35 241 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 145 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 236 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 215