"Kartımdan pul oğurlanıb!" - Bank kartlarının təhlükəsizliyi: Dələduzların yeni hiylələri və qorunma yolları

"Kartımdan pul oğurlanıb!" - Bank kartlarının təhlükəsizliyi: Dələduzların yeni hiylələri və qorunma yollarıSosial mediada və xəbər saytlarında son zamanlar eyni şikayətləri tez-tez eşidirik: "Kartımdan pul oğurlanıb!", "Heç bir əməliyyat etmədiyim halda balansım sıfırlandı!". Bəs bu hadisələr necə baş verir və biz öz vəsaitlərimizi necə qoruya bilərik?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, rəqəmsal ödənişlərin artması ilə yanaşı, kiber-dələduzluq halları da geniş yayılıb:

"Dələduzlar artıq yalnız fiziki kartları deyil, rəqəmsal məlumatları da hədəf alaraq insanların illərlə topladığı vəsaitləri qısa müddətdə ələ keçirməyə çalışırlar.

Dələduzlar bunu necə edir?

Dələduzların insanları aldatmaq üçün istifadə etdiyi bir sıra klassik və yeni üsullar var.

Sosial mühəndislik: Dələduz özünü bank əməkdaşı, polis və ya digər rəsmi qurumun nümayəndəsi kimi təqdim edir. Qurbanı qorxudaraq və ya "təcili problem var" deyərək kart məlumatlarını, PIN kodunu, CVV kodunu və ya telefona göndərilən SMS təsdiq kodunu tələb edir.

Fişinq (phishing): İstifadəçiyə bankdan göndərilmiş kimi görünən saxta SMS və ya elektron məktub göndərilir. Mesajda "Kartınız bloklanıb, dərhal bu linkə daxil olun" kimi ifadələr yer alır. Linkə daxil olduqda isə istifadəçinin qarşısına bankın rəsmi saytına bənzəyən saxta səhifə çıxır. Burada daxil edilən məlumatlar birbaşa dələduzların əlinə keçir.

Skimminq: ATM-lərin və ya ödəniş terminallarının üzərinə yerləşdirilən gizli cihazlar vasitəsilə kart məlumatlarının və bəzi hallarda PIN kodun ələ keçirilməsidir.

Zərərli proqramlar (malware): Telefon və ya kompüterə yüklənən zərərli proqramlar bank tətbiqlərinə və digər həssas məlumatlara çıxış əldə etməyə, toplanan məlumatları isə uzaqdakı serverə ötürməyə imkan verə bilər.

Pulunuz oğurlanıbsa, dərhal nə etməli?

Əgər kartınızdan icazəniz olmadan pul çıxarılıbsa, vaxt itirmədən bir neçə vacib addım atmalısınız:

Bankla əlaqə saxlayın: İlk növbədə bankın qaynar xətti ilə əlaqə saxlayaraq kartı bloklatdırın.

Əməliyyata etiraz edin: Banka həmin əməliyyatın sizə aid olmadığını və icazəniz olmadan həyata keçirildiyini bildirin. Bankdan əməliyyatın araşdırılmasını və mümkün olduqda vəsaitin geri qaytarılması prosedurunun başladılmasını tələb edin.

Polisə müraciət edin: Hadisə ilə bağlı rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət edin. Bu, həm araşdırmanın aparılması, həm də hüquqlarınızın müdafiəsi baxımından əhəmiyyətlidir.

Dələduzlardan qorunmaq üçün 5 "qızıl qayda"

1. Kart məlumatlarınızı paylaşmayın. Bank əməkdaşı, polis və ya digər rəsmi qurum nümayəndəsi adı ilə sizdən kartın PIN və CVV kodunu, eləcə də SMS vasitəsilə göndərilən təsdiq kodunu tələb edən şəxslərə inanmayın. Bu məlumatları heç kimlə paylaşmayın.

2. İki mərhələli təsdiqləmədən istifadə edin. Bank və onlayn alış-veriş hesablarınızda iki mərhələli autentifikasiya (2FA) funksiyasını aktivləşdirin.

3. Yalnız rəsmi tətbiqlərdən istifadə edin. Bank əməliyyatlarını yalnız bankın rəsmi mobil tətbiqi və ya rəsmi internet səhifəsi üzərindən həyata keçirin. Şübhəli SMS və elektron məktublardakı linklərə daxil olmayın.

4. ATM-lərə diqqət yetirin. Kartı daxil etdiyiniz bölmənin və klaviaturanın normal göründüyünə əmin olun. Şübhəli və ya əlavə cihaz müşahidə etdikdə həmin ATM-dən istifadə etməyin.

5. Bank bildirişlərini aktiv saxlayın. Mobil bank tətbiqində əməliyyat bildirişlərini aktivləşdirin. Beləliklə, kartınızla həyata keçirilən hər bir əməliyyatdan dərhal xəbərdar ola bilərsiniz.

Nəticə etibarilə, rəqəmsal dünyada maliyyə təhlükəsizliyi ilk növbədə şəxsi diqqət və ehtiyatlılıqdan başlayır. Dələduzların istifadə etdiyi üsullar daim dəyişsə də, kart məlumatlarını və təsdiq kodlarını paylaşmamaq, şübhəli linklərə daxil olmamaq və hesabları mütəmadi nəzarətdə saxlamaq ən vacib qorunma tədbirlərindəndir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA

Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib

17:50 59
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

12:20 213
.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 213
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 241
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

18:45 0
.

Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır

Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"

17:14 145
.

Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?

Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti

14:22 273
.

Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA

Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli

16:16 236
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 215
.