Nəqliyyatda böhran, taksidə bahalaşma: Qiymətlər niyə kəskin artırılır? - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda nəqliyyat sistemində yaranan problemlər fonunda taksi xidmətlərinin qiymətlərinin əhəmiyyətli dərəcədə artması vətəndaşların xərclərinə əlavə yük yaradır. Xüsusilə ictimai nəqliyyatda yaranan çətinliklər səbəbindən taksidən istifadə edənlərin sayının artması qiymət məsələsini yenidən gündəmə gətirir.
Bəs nəqliyyatda yaranmış vəziyyətdən istifadə edərək taksi xidmətlərinin qiymətlərinin 2-3 dəfə artırılması nə dərəcədə əsaslıdır? Taksi şirkətləri qiymətləri hansı meyarlar əsasında müəyyənləşdirir və bu artım bazar şərtləri ilə nə qədər uzlaşır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, nəqliyyat sistemində yaranmış çətin vəziyyətdən istifadə edərək taksi qiymətlərinin 2-3 dəfə artırılması iqtisadi baxımdan tamamilə əsassız yanaşma deyil, çünki tələbin kəskin artması qiymətlərə təsir edə bilər. Lakin burada söhbət sadəcə bazar tələbindən yox, insanların alternativ nəqliyyat imkanlarının məhdudlaşmasından gedirsə, vəziyyət bir qədər fərqlidir. İnsanlar məcbur qaldıqları üçün taksidən istifadə edirlərsə, bu, qiymət artımını xüsusilə həssas məsələyə çevirir. Biri var, əhalinin imkanları geniş olduğundan taksiyə tələbat artır, bir də var ki, əhali naəlac qalaraq taksiyə üz tutur. Bakıda ikincidi, bunu taksiyə şirkətləri öz marketinq strategiyasında nəzərə almalıdır.
Taksi xidmətində qiymətin yüksəlməsinə yanacaq, avtomobilin saxlanması, sürücünün gəliri və artan tələb kimi amillər də təsir edə bilər. Ancaq qısa müddətdə qiymətin 2-3 dəfə artırılması bu xərclərin artımı ilə izah edilə bilməz. Burada əsas amil məcburi tələbin süni şəkildə yüksək olması və dinamik tarif mexanizminin işləməsidir.
Məsələnin digər tərəfi rəqabətdir. Bazarda kifayət qədər alternativ taksi və ictimai nəqliyyat imkanları olsaydı, şirkətlərin qiymətləri bu qədər kəskin artırmaq imkanı da məhdudlaşardı. Ona görə də belə vəziyyətlərdə əsas problem təkcə taksi şirkətlərində deyil, şəhərin alternativ nəqliyyat imkanlarının yetərli olmamasındadır.
Taksi xidmətinin qiyməti bazar prinsipləri ilə formalaşa bilər, amma fövqəladə vəziyyətdən və insanların məcburiyyətindən həddindən artıq qazanc əldə etmək cəmiyyət baxımından düzgün yanaşma deyil. Burada dövlətin və aidiyyəti qurumların vəzifəsi qiyməti inzibati qaydada müəyyənləşdirməkdən daha çox, rəqabəti qorumaq və sərnişinlərin alternativ nəqliyyat imkanlarını təmin etməkdir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 964 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 59 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 213 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
11:35 241 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 145 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 236 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 215