"Fermadan süfrəyə": Heyvan mənşəli məhsullar necə izlənməlidir?
"Heyvan mənşəli məhsulların bütün mərhələlər üzrə izlənməsi qida təhlükəsizliyinin ən vacib elementlərindən biridir. Burada əsas məqsəd məhsulun haradan gəldiyini, hansı şəraitdə istehsal və emal edildiyini və son olaraq hansı satış nöqtəsinə çatdığını müəyyən etməkdir".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, izlənmə sistemi heyvanın təsərrüfatda qeydiyyatından başlamalıdır. Heyvanın identifikasiyası, mənşəyi, sahibinə dair məlumatlar, peyvəndləri və baytarlıq nəzarəti ilə bağlı məlumatlar elektron sistemdə qeyd olunmalıdır. Heyvan kəsimə göndərilərkən həmin məlumatlar kəsim məntəqəsinə ötürülməli, kəsimin qanuni və baytarlıq nəzarəti altında həyata keçirilməsi təmin edilməlidir:
"Daha sonra ət və digər heyvan mənşəli məhsulların emalı, qablaşdırılması, saxlanması və daşınması mərhələləri də sistemdə əks olunmalıdır. Məsələn, müəyyən partiya ətin hansı kəsim məntəqəsindən çıxdığını, hansı müəssisədə emal edildiyini, hansı temperatur şəraitində daşındığını və hansı satış obyektinə göndərildiyini geriyə doğru izləmək mümkün olmalıdır.
Bunun üçün elektron məlumat bazalarının və rəqəmsal izləmə sistemlərinin geniş tətbiqi xüsusilə vacibdir. Məhsula partiya və ya identifikasiya kodunun verilməsi həmin məhsulla bağlı məlumatların bütün zəncir boyunca izlənməsinə imkan verə bilər. Beləliklə, hər hansı məhsulda təhlükə və ya uyğunsuzluq aşkar edilərsə, onun mənbəyini qısa müddətdə müəyyən etmək və eyni partiyaya aid məhsulları bazardan operativ şəkildə çıxarmaq mümkün olar.
Burada əsas məsələ təkcə məhsulun hərəkətini izləmək deyil, həm də məlumatların real və düzgün şəkildə sistemə daxil edilməsidir. Buna görə sahibkarların məsuliyyəti, baytarlıq nəzarəti, laborator müayinələr və dövlət informasiya sistemləri bir-biri ilə əlaqələndirilməlidir.
Nəticədə "fermadan süfrəyə" qədər izlənə bilən vahid sistem formalaşdırılmalıdır. Bu mexanizm həm saxta və mənşəyi məlum olmayan məhsulların qarşısının alınmasına, həm xəstəlik və zəhərlənmə risklərinin daha tez müəyyən edilməsinə, həm də təhlükəli məhsulların bazardan daha sürətli geri çağırılmasına imkan verər.
Sağlam qidalanaraq sağlam yaşayın!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTibbi turizmin inkişafı üçün əlçatanlıq təmin olunmalıdır - AÇIQLAMA
Son dövrdə tibbi turizmin inkişafı aktualdır. Bu məsələ "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da öz əksini tapıb. "Turizmin inkişafı üçün ilk növbədə güvənin olması önəmlidir". Bunu -a turizm eksperti Ceyhun Aşurov bildirib
17:50 59 Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 213 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 213 Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
11:35 241 Ronaldo karyerasını başa vurdu
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i
18:45 0 Prezidentin təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır
Prezident İlham Əliyevin bu gün təltif etdiyi jurnalistlərdən üçü "Global Media Group"un əməkdaşıdır. -ın məlumatına görə, onlar Baku TV-nin işçiləridir. Telekanalın əməkdaşları - Elçin Əlibəyli (müəllif-aparıcı), Gülnar Muradova (müəllif-aparıcı) və Jalə Ədilova (xəbər aparıcısı) "Tərəqqi"
17:14 145 Süni İntellekt Dövründə Yaradıcılıq: Musiqi və Videoların Müəllif Hüquqları Kimə Məxsusdur?
Texnologiya inqilabı sənət dünyasını kökündən dəyişir. Lakin Sora, Suno və digər Sİ alətləri ilə bir neçə saniyəyə möhtəşəm videolar və mahnılar hazırlamaq mümkündürsə, sual qalır: Bu əsərlərin hüquqi sahibi kimdir? Sənətçi, proqramçı, yoxsa sadəcə bir "prompt" yazan istifadəçi?. Süni intellekti
14:22 273 Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq. "Uşağın doğulmasına görə verilən birdəfəli
16:16 236 Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar
Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"
10:31 215