Rauf Kazımovun offşor izi - Azərbaycan bank sektorunu silkələyən SENSASİON FAKTLAR üzə çıxır!

Rauf Kazımovun offşor izi - Azərbaycan bank sektorunu silkələyən SENSASİON FAKTLAR üzə çıxır!"Aqrarkredit" ətrafında başlayan irimiqyaslı əməliyyatlar dövlət büdcəsinə vurulan on milyonlarla manatlıq zərərin əsas icraçılarından birinin - Rauf Kazımovun rəhbərlik etdiyi maliyyə zəncirini ifşa edib.

Məlumata görə, hüquq-mühafizə organlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərinin silinməsi yalnız bir BOKT çərçivəsində qalmayıb. Çirkli pulların leqallaşdırılması və izlərin itirilməsi prosesində əsas yükü kommersiya bankçılığı, xüsusən də hazırda "TuranBank"ın Müşahidə Şurasının sədri olan Rauf Kazımovun idarə etdiyi maxinasiya mexanizmi daşıdığı iddia olunur.

Daxil olan məlumatlar Rauf Kazımovun maliyyə sektorundakı mövqeyinin sıradan bir peşəkar karyera deyil, qanunsuz maxinasiyalar üzərində qurulduğunu üzə çıxarır. Rauf Kazımov hələ 2016-cı ildə bankdan 500 min manatlıq 1000 ədəd səhm almaqla qurumun idarəçiliyində birbaşa söz sahibinə çevrilib. Bu addımdan cəmi iki il sonra, 2018-ci ildə onun Müşahidə Şurasının sədri postuna gətirilməsi maliyyə şəbəkəsinin planlı gedişi idi. Lakin maliyyə nəzarət orqanlarının diqqətini yayındırmaq üçün Rauf Kazımov sonradan həmin səhmləri atasının Kazım Kazımovun adına keçirərək kağız üzərində "görünməz" olmağa çalışıb.

Rauf Kazımovun adı həm də dəyəri yüz minlərlə manatla ölçülən dəbdəbəli avtomobil parkının rəsmiləşdirilməsində hallanır. Araşdırmalar göstərir ki, şəbəkə ətrafında hüquqi halqa daraldıqca, bu əmlaklar formal olaraq başqa şəxslərin adına rəsmiləşdirilib. Lakin Kazımov nəzarəti əldən verməmək üçün baş etibarnamə mexanizmindən istifadə edərək lüks avtomobillərin faktiki istifadəsini özündə saxlayıb. Bu, maliyyə cinayətləri zamanı qanunsuz yolla əldə edilmiş varidatın gizlədilməsi üçün istifadə olunan klassik sxemdir. Rauf Kazımovun bank sektorunda yaratdığı "qalxan"la yanaşı, maliyyə şəbəkəsi digər paralel maxinasiya kanallarından da aktiv istifadə edib.

Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən heç bir lisenziya verilməməsinə baxmayaraq, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. "Amay" ticarət mərkəzi, "Azərinşaat Servis" və "İnter Tabako" kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait rəsmi hesablara deyil, birbaşa bu agentlik üzərindən mənimsənilib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb, vəsaitlərin böyük hissəsi "otkat" şəklində geri götürülüb.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Fuad Süleymanov ("Şurabad quşçuluq" MMC), Tofiq Musayev ("Şurabad broyler") və Fazil Rüstəmov ("Salyansüd" MMC) saxlanılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 100 milyon manatdan çox güzəştli krediti təyinatı dışı xərcləyərək dövləti mənimsəyən bu dəstənin bank ayağında Rauf Kazımovun oynadığı rol da istintaq qrupunun xüsusi diqqətində olduğu bildirilir.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon "TuranBank"a sorğu ünvanlayıb. Sorğumuza cavab almasaq da, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Poliqon.info)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 130   Tarix: 11 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva

"Hikmət Hacıyevin Xankəndiyə səfəri Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı diplomatik korpusun nümayəndələri Xankəndidə yenidən qurulan obyektlərlə tanış olub, Qarabağ Universitetind

20:56 97
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9

20:15 137
.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə

16:59 186
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku"Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gəncləri

21:37 63
.

50 min, 200 min, 500 min manat - Vergidən yayınmada cəzalar necə dəyişir?

"Vergilər Məcəlləsində vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi hesabatlarını

13:07 206
.

"Bank Respublika" "AccessBank"ı alır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar

21:00 96
.

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib

21:30 58
.

Tramp: "İran xalqı, azadlıq yaxındır!"

ABŞ-ın prezidenti Donald ABŞ prezidenti Donald Tramp İranla bağlı daha bir paylaşım edib. xəbər verir ki, o, İran xalqı üçün azadlığın yaxın olduğunu bildirib. Tramp bildirib ki, ABŞ bölgədə işlərini bitirəndən sonra xalq öz məsələsini həll etməlidir. "İranın böyük və qürurlu xalqı, azadlıq saatını

20:30 115
.

"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA

İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini

13:34 391
.