Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"
"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər".
BiG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciətində bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və əhalinin təhlükəsiz qayıdışına mane olmaqda davam edir.
H.Hacıyevin sözlərinə görə, ötən gün növbəti mina insidenti baş verib, Xankəndiyə gedən yolda isə dinc sakinin xəsarət alması ilə nəticələnən daha bir bənzər hadisə barədə məlumat daxil olub:
"Bu, bərpa və yenidənqurma üzrə səylərimizə mane olur, lakin belə hallar keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək əzmimizi sarsıda bilməz".
Prezidentin köməkçisi bildirib ki, indiyədək Qarabağa 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb və onların sayı artmaqda davam edəcək. Eyni zamanda 2020-ci ildən bəri 45-dən çox yaşayış məntəqəsi bərpa edilib və yenidən qurulub.
Onun sözlərinə görə, hazırda Qarabağda 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır.
H.Hacıyev bunu Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində topladığı unikal təcrübə adlandırıb.
O əlavə edib ki, bu ilin may ayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu sahədə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin, eləcə də təcrübə və bilik mübadiləsinin vacibliyini bir daha nümayiş etdirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 89 Tarix: 11 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA
İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini
13:34 343 Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdə
12:33 160 Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
12:45 156 Rusiyada pilotsuz təyyarələrin hücumu nəticəsində iki nəfər ölüb, Kiyevdə səkkiz nəfər yaralanıb
Ukraynanın Rusiyanın Tula bölgəsinə etdiyi pilotsuz təyyarə hücumunda ən azı iki nəfər həlak olub, Rusiya hava hücumları nəticəsində isə cümə günü səhər Kiyevdə doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində səkkiz nəfər yaralanıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hakimiyyə
11:08 160 Ağdərədə 21 yaşlı oğlan atla birgə minaya düşdü
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində ötən gün mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Tərtər rayon sakini 2005-c
11:27 153 Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
15:14 182 "İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
16:00 174 "Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
14:45 207 Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur
12:33 209