Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?

Hakerlərin yeni hədəfi smartfonlardır: Məlumatlarınızı necə qorumalısınız?Smartfonlar artıq sadəcə rabitə vasitəsi deyil. Onlar bank hesablarımızın idarə olunduğu, şəxsi şəkillərimizin və iş sənədlərimizin saxlandığı, hətta rəqəmsal kimliyimizin formalaşdığı əsas cihazlara çevrilib. Lakin bu rahatlıq kibercinayətkarlar üçün də smartfonları cəlbedici hədəfə çevirir. Bəs istifadə etdiyimiz cihazlar həqiqətən nə qədər təhlükəsizdir?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, müasir dövrdə kiberhücumların böyük bir hissəsi artıq kompüterlərdən deyil, birbaşa mobil cihazlardan başlayır. Hakerlər sistemlərdən daha çox insanların diqqətsizliyini və cihazların zəif nöqtələrini hədəf alırlar:

"Mobil cihazların təhlükəsizliyinin aşağı olması bir neçə əsas səbəblə bağlıdır. İlk növbədə, bir çox mobil tətbiq istifadəçidən mikrofon, kamera, kontaktlar və yerləşmə məlumatları kimi geniş icazələr tələb edir. Bu icazələrin hansı məqsədlə istifadə olunduğu isə hər zaman istifadəçiyə aydın olmur. Digər tərəfdən, mobil cihazlardan ictimai Wi-Fi şəbəkələrində, kafe, restoran, hava limanı və digər ictimai məkanlarda istifadə edilməsi onların həm fiziki, həm də rəqəmsal hücumlara məruz qalma riskini artırır.

Mobil cihazlara qarşı ən çox rast gəlinən hücum üsullarından biri fişinq və "smishing"dir. Bu zaman istifadəçiyə bankdan, dövlət qurumundan və ya tanış şəxsdən gəlmiş kimi görünən saxta SMS və ya "WhatsApp" mesajları göndərilir. Mesajdakı zərərli keçidə daxil olan istifadəçidən giriş məlumatları, kart məlumatları və ya digər məxfi informasiyalar tələb oluna bilər.

Digər təhlükə zərərli tətbiqlərlə bağlıdır. Rəsmi mağazalardan - "App Store" və "Google Play"dən kənar mənbələrdən yüklənən "pulsuz" və ya modifikasiya edilmiş tətbiqlərin tərkibində casus proqramlar və digər zərərli komponentlər ola bilər. Bu proqramlar istifadəçinin məlumatlarına icazəsiz çıxış əldə edə və cihazın təhlükəsizliyini riskə ata bilər.

Sosial mühəndislik də kibercinayətkarların geniş istifadə etdiyi üsullardandır. Bu halda hücum texnologiyadan daha çox insan psixologiyasına əsaslanır. Hücumçu istifadəçi ilə əlaqə saxlayaraq onu qorxutmağa, tələsdirməyə və ya maraqlandırmağa çalışır. Məsələn, "hesabınızda şübhəli əməliyyat aşkarlanıb" kimi mesajlarla istifadəçidən şifrə, təsdiq kodu və digər məxfi məlumatlar tələb edilə bilər.

Mütəxəssislər mobil cihazların təhlükəsizliyini artırmaq üçün bir sıra sadə, lakin vacib qaydalara əməl etməyi tövsiyə edirlər. İlk növbədə, iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək lazımdır. Şifrə ələ keçirilsə belə, ikinci təsdiqləmə mərhələsi hesabın qorunmasına əlavə maneə yaradır.

Telefonun əməliyyat sistemini və tətbiqləri vaxtında yeniləmək də vacibdir. Yeniləmələr yalnız yeni funksiyaların əlavə olunması demək deyil. Onlar həmçinin əvvəl aşkarlanmış təhlükəsizlik boşluqlarının aradan qaldırılmasını təmin edir.

Açıq və şifrəsiz Wi-Fi şəbəkələrindən istifadə zamanı da diqqətli olmaq lazımdır. Kafe, hava limanı və digər ictimai məkanlarda təqdim olunan naməlum şəbəkələr üzərindən həssas məlumatların ötürülməsi təhlükəsizlik risklərini artıra bilər. Belə şəbəkələrdən istifadə zərurəti yarandıqda təhlükəsiz bağlantı vasitələrindən yararlanmaq tövsiyə olunur.

Tətbiqlərin tələb etdiyi icazələrə də nəzarət etmək lazımdır. Məsələn, sadə bir fənər tətbiqinin kontaktlara, mikrofona və ya yerləşmə məlumatlarına çıxış tələb etməsinin səbəbi istifadəçidə sual yaratmalıdır. Tətbiqin fəaliyyətinə zəruri olmayan icazələr mümkün qədər məhdudlaşdırılmalıdır.

Həmçinin tətbiqləri yalnız etibarlı və rəsmi mənbələrdən yükləmək tövsiyə olunur. Naməlum saytlardan APK fayllarının və digər kənar proqram təminatının yüklənməsi cihazın zərərli proqramlarla yoluxması riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Nəticə etibarilə, kibertəhlükəsizlik yalnız hər hansı proqram təminatından istifadə etməkdən ibarət deyil. Bu, gündəlik vərdiş və davranış məsələsidir. Texnologiyalar nə qədər inkişaf etsə də, istifadəçinin diqqətli, məlumatlı və ehtiyatlı davranması mobil cihazların və şəxsi məlumatların qorunmasında ən mühüm amillərdən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Divardakı rütubət və kif qoxusunu aradan qaldıran möcüzəvi üsul

Qış aylarında binanın xarici tərəfinə baxan soyuq divarlarda yaranan kondensasiya evdə boz kif ləkələrinin əmələ gəlməsinə və kəskin rütubət qoxusunun yayılmasına səbəb olur. xarici mediaya istinadən divar boyasını qaşımağa və güclü kimyəvi vasitələrdən istifadə etməyə ehtiyac qalmadan, daş duzu və təbaşirdə

05.11.2026 336
.

Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb. "Trend"ə istinadən xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasınd

05.11.2026 283
.

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir

05.11.2026 400
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

05.11.2026 306
.

Bütün ölkə yağış duası oxuyacaq - Xalqa çağırış etdilər

Qətərdə ölkə daxilindəki məscidlərdə yağış üçün kollektiv dualar oxunacaq. "Qafqazinfo" xəbər verir ki, bunu Qətər Vəqflər və İslam İşləri Nazirliyi açıqlayıb. Bildirilir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani də ölkə əhalisini quraqlıq dövrlərində yağış yağması üçün dua etməyə çağırıb

05.11.2026 294
.

Türkiyədən gətirilən yükdə bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən tibb sahəsində istifadə olunan mallar aşkar edilib. "APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. İdarənin "Qırmızı Körpü"

05.11.2026 307
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

05.11.2026 340
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 330
.

Ronaldo karyerasını başa vurdu

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını "Instagram" hesabında elan edib. "Portuqaliya həmişə ürəyimdə olacaq", - -ın xəbərinə görə, Ronaldo yazıb. 41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü i

05.11.2026 368
.