Dünyanın ən varlı 10 insanı açıqlandı
İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır.
"Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a olan hesablamalarına əsasən, Maskın sərvəti iyul ayında 363 milyard dollar azaldıqdan sonra avqustda yenidən rekord həddə yüksəlib.
Bu müddətdə "SpaceX" səhmləri 33 faiz, "Tesla" səhmləri isə 18 faiz bahalaşıb.
Maskın 892 milyard dollarlıq sərvəti dünyanın ikinci ən varlı insanı, "Google"un həmtəsisçisi Larri Peycin sərvətindən üç dəfədən çoxdur. Peyc avqust ayında 15 milyard dollar itirib və sərvəti 277 milyard dollara düşüb.
"Amazon"un təsisçisi Ceff Bezosun sərvəti 10 milyard dollar, "Google"un digər həmtəsisçisi Sergey Brinin sərvəti isə 13 milyard dollar azalıb. Buna baxmayaraq, Bezos 268 milyard dollarla üçüncü, Brin isə 256 milyard dollarla dördüncü yerdə qalıb.
Avqust ayında ilk altı pillədə dəyişiklik olmayıb. Maykl Dell 241 milyard dollarla beşinci, Mark Zukerberq isə 197 milyard dollarla altıncı yerdə qərarlaşıb.
"Oracle" səhmlərinin 15 faiz bahalaşması Larri Ellisonun sərvətini 25 milyard dollar artıraraq 193 milyard dollara çatdırıb. Ellison yeddinci pilləyə yüksəlib.
"Nvidia"nın baş direktoru Censen Huanqın sərvəti 17 milyard dollar artsa da, o, 191 milyard dollarla səkkizinci yerə geriləyib.
Əvvəllər dünyanın ən varlı insanları sırasında olan Bernar Arno və Uorren Baffet isə ilk 10-luqdan çıxıblar. Arnonun sərvətinin azalmasına "LVMH" səhmlərinin ucuzlaşması, Baffetin sərvətinin azalmasına isə "Berkshire Hathaway" səhmlərinin enməsi təsir edib.
Onların yerini keçmiş "Microsoft" rəhbəri Stiv Ballmer və "Inditex"in təqaüdçü rəhbəri Amansio Orteqa tutub. Ballmerin sərvəti 10 milyard dollar artaraq 155 milyard dollara çatıb və o, doqquzuncu pillədə qərarlaşıb. Orteqanın sərvəti isə 5 milyard dollar artaraq 148 milyard dollar olub.
Dünyanın ən varlı 10 insanı
İlon Mask - 892 milyard dollar,
Larri Peyc - 277 milyard dollar,
Ceff Bezos - 268 milyard dollar,
Sergey Brin - 256 milyard dollar,
Maykl Dell - 241 milyard dollar,
Mark Zukerberq - 197 milyard dollar,
Larri Ellison - 193 milyard dollar,
Censen Huanq - 191 milyard dollar,
Stiv Ballmer - 155 milyard dollar,
Amansio Orteqa - 148 milyard dollar.
"Forbes"ə görə, dünyanın ən varlı 10 insanının ümumi sərvəti 2,8 trilyon dollara çatıb. İyul ayında bu göstərici 2,6 trilyon dollar olub.
Siyahıdakı 10 milyarderin doqquzu ABŞ vətəndaşıdır. ABŞ-dən kənardan siyahıya daxil olan yeganə şəxs İspaniya vətəndaşı Amansio Orteqadır. İlk 10-luğun bütün üzvləri kişilərdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 914 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
11:32 168 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 188 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 145 Trampdan iki həftə ilə bağlı açıqlama: "Çox şey görəcəksiniz"
ABŞ Prezidenti Donald Tramp növbəti iki həftə ərzində bir sıra tədbirlər elan edəcəyini bildirib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika lideri jurnalistlərə açıqlamasında deyib: "Növbəti bir-iki həftə ərzində çox şey görəcəksiniz. Planlaşdırdığımız çoxsayl
10:38 173 Ermənistan hökumətindən referendumla bağlı qərar
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya
11:15 161 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 338 "Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omi
10:13 230 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 136 Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir
Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c
11:35 190