400 manat minimum əməkhaqqı ilə mənzil almaq mümkündür?

400 manat minimum əməkhaqqı ilə mənzil almaq mümkündür?"MİDA mənzillərini güzəştli ipoteka ilə əldə etmək istəyən şəxslər üçün ilkin ödəniş minimum 10 faizdən başlayır. Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4 faizdən başlayır, kreditin müddəti isə 30 ilədək ola bilər. Məsələn, 72 min manat məbləğində kredit üçün aylıq ödəniş təxminən 533 manat təşkil edir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, güzəştli ipotekadan yararlana bilən əsas kateqoriyalara şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müəyyən hallarda müharibə əlilləri, dövlət qulluqçuları, müəllimlər, həkimlər, elmi dərəcəsi olan alimlər, ən azı müəyyən müddət dövlət xidmətində çalışan hərbi qulluqçular, gənc ailələr və idman sahəsində xüsusi nailiyyətləri olan şəxslər daxildir. Son dəyişikliklərə əsasən, müəyyən staja, o cümlədən 5 il staja malik hakimlər də güzəştli ipoteka hüququ əldə edə bilirlər:

"Sosial mənzil proqramına müraciət üçün minimum əməkhaqqının olması da mümkündür. 2026-cı ildə Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir. Lakin praktik olaraq yalnız minimum əməkhaqqı ilə MİDA mənzilinin kredit ödənişlərini qarşılamaq çətin ola bilər. Çünki banklar kredit müraciətinə baxarkən aylıq ödənişin borcalanın gəlirinə nisbətini və ümumi ödəmə qabiliyyətini qiymətləndirirlər.

Bu səbəbdən güzəştli ipotekaya müraciət etmək hüququnun olması mənzilin avtomatik olaraq əldə ediləcəyi anlamına gəlmir. Müraciətçinin gəliri, kredit yükü və aylıq ödənişi qarşılamaq imkanları da nəzərə alınır. Yəni minimum əməkhaqqı proqramda iştirak üçün müəyyən imkan yaratsa da, kreditin təsdiqlənməsi baxımından əsas məsələ borcalanın real ödəmə qabiliyyətidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 197
.

"Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı

"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"

10:57 189
.

Əmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA

"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər

12:12 187
.

Avropada Moskva ilə danışıqlara kimin rəhbərlik edəcəyi müzakirə olunur

Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli görüş ərəfəsində Avropa İttifaqında (Aİ) Moskva ilə mümkün danışıqlarda ittifaqı kimin təmsil edəcəyi ilə bağlı müzakirələr başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Aİ daxilində bu məsələ ilə bağl

11:05 160
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 343
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 164
.

Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı

Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c

11:31 171
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 199
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 172
.