Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı iddialar: Dərsliklər niyə tənqid olunur?

Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı iddialar: Dərsliklər niyə tənqid olunur?"Sistemin daxilində kök salmış yarıtmazlığın və elmi geriliyin ən bariz nümunələrindən biri təhsilin əsas elmi qurumu sayılmalı olan Azərbaycan Respublikasının Təhsil İnstitutunun və onun rəhbəri Elnur Əliyevin fəaliyyətidir. Müstəqil ekspertlərin, mətbuatın və pedaqoji ictimaiyyətin kəskin tənqid hədəfinə çevrilən bu qurum bu gün öz əsas fəaliyyət istiqamətindən, elmi-pedaqoji missiyasından uzaqlaşaraq, müxtəlif layihə və tenderlərlə məşğul olan bir struktura çevrilib. Təhsil İnstitutunun fundamental elmi araşdırmalar aparmaq, milli dərslik strategiyasını formalaşdırmaq əvəzinə nazirlik daxilində müəyyən qruplaşmaların və podrat layihələrinin mərkəzi kimi fəaliyyət göstərməsi rəsmi hesabatların ən böyük uğursuzluqlarından biri kimi qiymətləndirilir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, vaxtilə nazirin özünün institut rəhbərliyində olduğu dövrdən qalan layihələrdəki çoxsaylı problemlərin, maliyyə yeyintilərinin və uğursuz proqramların ört-basdır edilməsi üçün Elnur Əliyevin bu vəzifəyə gətirildiyi, daha sonra isə onun müxtəlif agentliklər üzərində təsir uğrunda apardığı daxili kadr mübarizəsinin təhsil elmini iflic vəziyyətinə saldığı bildirilir. İnstitut rəhbərliyi şagirdlərin dərslərdə passivliyini əsas problem kimi göstərsə də, cəmiyyət yaxşı bilir ki, bu vəziyyətin əsas səbəbi elmi yanaşmadan uzaq, keyfiyyətsiz dərsliklərin hazırlanmasıdır:

"Dərsliklərdəki ciddi elmi və metodiki səhvlər, məntiqsiz tapşırıqlar, dil və üslub qüsurları bu tədris ilində də valideynlərin və ziyalıların haqlı narazılığına səbəb olub. Təhsil İnstitutunun nəzarəti altında hazırlanan və milyonlarla dövlət vəsaiti xərclənən dərsliklərin milli təfəkkürdən uzaq, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunla tərtib edildiyi qeyd olunur. İnstitut rəhbərliyi dərsliklərin keyfiyyətini artırmaq və daxili ekspertiza mexanizmlərini gücləndirmək əvəzinə, xarici qrant layihələri, formal konfranslar və hesabat sessiyalarına üstünlük verir.

Təhsilimizin elmi dayağı olmalı olan bir qurumun tender maraqlarının və daxili vəzifə çəkişmələrinin mərkəzinə çevrilməsi dərslik hazırlanmasını bir qrup imtiyazlı şəxsin qazanc mənbəyinə çevirib. Nəticədə hər il milyonlarla dərslik yenidən çap olunur, eyni elmi səhvlər təkrarlanır və şagirdlər keyfiyyətsiz tədris materialları ilə üz-üzə qalırlar. Təhsil sistemi bu gün tender maraqlarına deyil, milli intellektual potensialın qorunmasına xidmət edən dürüst və güclü elmi islahatlara ehtiyac duyur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 711   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 212
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 434
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 306
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 359
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 124
.