Yaxın Şərqdə vəziyyət kritikləşir? - ABŞ-dən diqqətçəkən XƏBƏRDARLIQ
ABŞ-nin İsraildə və Yaxın Şərqin bəzi digər ölkələrindəki səfirlikləri bölgədə İranla gərginliyin gözlənilmədən kəskinləşə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ vətəndaşlarını mümkün təxliyəyə hazır olmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" diplomatik nümayəndəliklərin yaydığı məlumatlara istinadən məlumat yayıb.
Bəyanatda bildirilib ki, İran son vaxtlar regionun müxtəlif ərazilərinə əvvəlcədən xəbərdarlıq etmədən zərbələr endirməsi və hücumların coğrafiyasını əvvəllər hədəf alınmayan bölgələrə, o cümlədən Misirə qədər genişləndirməsi ilə qeyri-proqnozlaşdırılan davranış nümayiş etdirib.
Səfirliklər Yaxın Şərqdən tranzit keçməyi və ya bölgəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına planlarını yenidən nəzərdən keçirməyi tövsiyə ediblər.
Eyni zamanda vurğulanıb ki, diplomatik nümayəndəliklər fəaliyyətini adi rejimdə davam etdirir, konsulluq və viza xidmətləri əvvəlki qaydada göstərilir.
Xatırladaq ki, daha əvvəl "The Wall Street Journal" nəşri ABŞ Prezidenti Donald Trampın yaxın günlərdə İrana qarşı yeni zərbələrin endirilməsi barədə göstəriş verdiyini yazmışdı.
Bundan başqa, "CBS News" mənbələrə istinadən ABŞ və İsrailin İranın enerji obyektlərinə zərbələr endirməyi planlaşdırdığını bildirmişdi. Məlumata görə, bu hücumlar indiyədək həyata keçirilən ən genişmiqyaslı əməliyyatlardan biri ola bilər.
İranın "Tasnim" agentliyi isə rəsmi Tehranın mümkün hücumlara cavab tədbirləri hazırladığını xəbər vermişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 707 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 493 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 377 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 334 Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA
Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir
13.11.2026 497 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 315 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425