"3783 manatı mənə ödəmək istəmirlər" - "VİVA-RİVA"dan şikayət
Bakının Xətai rayon sakini Vəfa Əhmədova işlədiyi şirkət tərəfindən əmək hüquqlarının kobudcasına pozulduğunu bildirir.
"Qafqazinfo"ya müraciət edən şikyətçi iddia edib ki, çalışdığı "VİVA RİVA" mebel salonu onu qanunsuz olaraq işdən çıxarıb və 3800 manata yaxın ödənişləri həyata keçirmir:
"Keçən ilin 8 avqust tarixindən bu ilin 8 iyul tarixinədək türkiyəli iş adamı Hakan Zenginə məxsus "VİVA RİVA" mebel salonunda satıcı vəzifəsində rəsmi və faktiki olaraq gecə-gündüz demədən çalışmışam. Əmək müqaviləmdə aylıq əməkhaqqım 400 manat nəzərdə tutulsa da, qarşılaşdığım mənzərə tam bir insafsızlıq və kölə istismarı idi. Bir il boyunca şənbə və bazar günləri də daxil olmaqla, heç bir istirahət günü görmədən işlədilmişəm. Lakin əmək qanunvericiliyinin tələb etdiyi istirahət günlərindəki işə görə əlavə ödənişlərin heç biri mənə ödənilməyib. Bundan başqa, işlədiyim müddətdə nəinki haqqım olan illik məzuniyyətdən istifadə etməyimə şərait yaradılıb, hətta halal zəhmətimlə qazandığım əməkhaqqını da tam şəkildə ala bilməmişəm. Son olaraq 08.07.2026-cı il tarixində heç bir hüquqi əsas, xəbərdarlıq və rəsmi əmr olmadan, sadəcə işəgötürənin şifahi təkəbbürü ilə qapıdan çölə atılmışam. Nə istifadə etmədiyim məzuniyyətin kompensasiyası, nə də son haqq-hesabım verilib. Baş vermiş qanunsuzluqlarla bağlı, 3 783 AZN məbləğində çatacaq vəsaitin işəgötürəndən tutulması üçün aidiyyəti qurumlara müraciət etmişəm. Lakin təəssüf ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu günə kimi bu inzibati xəta haqqında işə heç bir reaksiya vermir, prosesi uzadır. İşəgötürən Hakan Zengin açıq-aşkar bildirir ki, "Əmək Müfəttişliyi ilə münasibətləri çox yaxşıdır və ona bu haqsızlığa görə heç kim heç nə edə bilməz!". Xahiş edirəm, bu məsələyə aidiyyəti qurumlar aydınlıq gətirsin və tədbir görsünlər".
İttihamlarla əlaqədar Dövlət Əmək Müfəttişliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaş Vəfa Əhmədovanın əmək hüquqlarının pozulması ilə bağlı quruma 4 rəsmi müraciəti daxil olub: "Hazırda həmin müraciətlər əsasında Xidmət tərəfindən aidiyyəti üzrə araşdırma aparılır. Vətəndaşların bütün müraciətlərinə baxılması "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müraciətlərə ən geci 15 iş günü müddətində baxılır. Əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğuların göndərilməsi zərurəti yarandıqda isə müraciətə baxılma müddəti vəzifəli şəxs tərəfindən ən çox 30 iş günü uzadıla bilər".
Məsələ ilə bağlı "VİVA RİVA" mebel salonunun da mövqeyini öyrəndik. Satış müdiri Ahmet Akdeniz saytımıza açıqlamasında bildirdi ki, V.Əhmədova ilk olaraq özü işdən çıxmaq istədiyini deyib: "Biz onun istəyini uyğun gördük və işdən çıxa biləcəyini söylədik. Bundan sonra Vəfa Əhmədova işdən çıxmağa dair ərizə təqdim etdi. Lakin bu ərizə mövcud vəziyyətə uyğun tərtib edilməmişdi. O, hazırda da rəsmi olaraq bizim əməkdaşımızdır. Həmçinin vətəndaşın iddia etdiyi kompenasasiya məbləği onun tələb etdiyi miqdarda deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 628 Tarix: 01 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
20.09.2026 184 Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20.09.2026 160 Trampın iqamətgahı üzərində həyəcanlı anlar: "F-16" qırıcısı mülki təyyarəni ələ keçirdi
ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib. xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məluma
20.09.2026 168 Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20.09.2026 0 Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır
2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr
20.09.2026 153 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin
20.09.2026 161 Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsind
20.09.2026 163 İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20.09.2026 168 Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib
Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər
20.09.2026 163