İngiltərə sahillərinə yüzlərlə müəmmalı mavi dəniz canlısı çıxdı - Təhlükəli ola bilər
İngiltərənin şimal-qərb sahillərinə yüzlərlə qeyri-adi mavi dəniz canlısı çıxıb. Mütəxəssislər insanlara onları yalnız uzaqdan müşahidə etməyi, lakin heç bir halda toxunmamağı tövsiyə edirlər. Çünki bu canlıların sancması olduqca ağrılı ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Söhbət "külək dənizçiləri" adlandırılan canlılardan gedir. Görünüşcə meduzaya bənzəsələr də, əslində meduza deyillər. Onlar Portuqal gəmisinə (Portuguese man o' war) yaxın növ hesab olunur və uzunluqları təxminən 5 santimetrdir.
Sahildə yaşayan Luiza Nikolson bildirib ki, əvvəlcə bu canlıları yosun hesab edib və az qala əlinə götürəcəkmiş.
"Onlardan yüzlərlə var idi. Sahilə gələn insanlar onları maraqla şəkilləndirirdilər. Çox gözəl görünürdülər və cəmi 5 santimetr ölçüsündə idilər", - deyə o bildirib.
"Cumbria Wildlife Trust" təşkilatının mütəxəssisləri isə xəbərdarlıq ediblər ki, bu canlılar meduza olmasa da, sancmaları insan üçün çox ağrılı ola bilər.
Onların sözlərinə görə, "külək dənizçiləri" əslində birlikdə fəaliyyət göstərən poliplər koloniyasından ibarətdir. Koloniyadakı müxtəlif poliplər qidalanma, çoxalma və müdafiə kimi fərqli funksiyaları yerinə yetirirlər.
Bu canlıların ən diqqətçəkən xüsusiyyəti küləyi tutaraq okean səthində hərəkət etmələrini təmin edən sərt, yarımşəffaf "yelkən"ləridir. Onlar tentakulları vasitəsilə əsasən balıq körpələri ilə qidalanırlar.
Mütəxəssislər bildirirlər ki, güclü qış fırtınaları və uzunmüddətli qərb küləklərindən sonra sahillərə yüzlərlə, hətta minlərlə belə canlının çıxması mümkündür.
Fondun dəniz şöbəsinin rəhbəri Corciya de Yonq Kleyndertin sözlərinə görə, bu mavi canlılar əslində "kolonial hidrozoylar" adlanan kiçik yırtıcı dəniz orqanizmləridir.
Mütəxəssislər onların insanlar üçün həyati təhlükə yaratmadığını, lakin ağrılı sancmaya səbəb ola bildiyini vurğulayaraq, sahildə rast gələn şəxslərə bu canlılara toxunmamağı tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 890 Tarix: 31 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 493 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 413 Temperatur 10° enəcək - Xəbərdarlıq
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
13.11.2026 491 Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublika üzrə dəfn üçü
13.11.2026 409 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13.11.2026 306 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198