Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMADünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycanda da son illərdə nazik plastik torbalar və bəzi birdəfəlik plastik məhsullarla bağlı məhdudiyyətlər tətbiq olunub, eyni zamanda qadağaların daha da genişləndirilməsi müzakirə edilir. Bəs yaxın illərdə ölkəmizdə bütün birdəfəlik plastik məhsulların istifadəsi qadağan oluna bilərmi?

Belə bir qərarın qəbul edilməsi hansı sahələrə təsir göstərəcək, sahibkarlar və istehlakçılar buna nə dərəcədə hazırdır? Mövcud qanunvericilik bu istiqamətdə hansı imkanları yaradır və beynəlxalq təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? Bu suallar mövzunu yenidən gündəmə gətirir.
Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, dünyada birdəfəlik plastik qabların istifadəsinin azaldılması istiqamətində ciddi addımlar atılır. Onun sözlərinə görə, bunun əsas səbəbi həm ətraf mühitə vurduğu zərər, həm də insan sağlamlığı ilə bağlı narahatlıqlardır: "Azərbaycanda da plastik qablardan birdən-birə tam imtina etmək çətin olsa da, xüsusilə birdəfəlik plastik qabların istifadəsinin mərhələli şəkildə azaldılması və onların daha təhlükəsiz alternativlərlə əvəz olunması məqsədəuyğun olardı. Mikroplastiklərin qidaya keçməsi əsasən plastikin yüksək temperatur, günəş şüaları, mexaniki aşınma və uzunmüddətli istifadə nəticəsində parçalanması ilə baş verir. Xüsusilə isti yeməklərin və ya qaynar içkilərin uyğun olmayan plastik qablara tökülməsi, plastik qabların mikrodalğalı sobada qızdırılması və ya uzun müddət günəş altında saxlanılması bu prosesi sürətləndirə bilər. Nəticədə həm mikroplastik hissəcikləri, həm də bəzi kimyəvi maddələr qidaya keçə bilər.

Bununla belə, bütün plastik qabları eyni dərəcədə təhlükəli hesab etmək düzgün deyil. Qida ilə təmas üçün istehsal olunmuş və müvafiq standartlara cavab verən plastik qablar təlimata uyğun istifadə edildikdə daha təhlükəsiz sayılır. Əsas risk həmin qabların təkrar istifadəsi, cızılması, yüksək temperatura məruz qalması və ya təyinatından kənar istifadə edilməsi zamanı artır.

İstehlakçılara tövsiyə olunur ki, mümkün olduqca şüşə, paslanmayan polad və ya keramika qablara üstünlük versinlər, isti qidaları birdəfəlik plastik qablarda saxlamasınlar və qida ilə təmas üçün nəzərdə tutulmayan plastiklərdən istifadə etməsinlər. Bu yanaşma həm sağlamlığın qorunmasına, həm də plastik tullantılarının azalmasına töhfə verə bilər.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 0
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 343
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 173
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 334
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 225
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 0
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 314
.