Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib
Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşları ilə bağlı problemin həlli üçün birbaşa dialoq vacibdir.
Bizimyol.info xəbər verir ki, Takaiçi parlament sessiyasının başa çatması münasibətilə keçirilən mətbuat konfransında deyib ki, baş nazir olduğu müddətdə bu məsələnin həllinə nail olmağı qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə, vaxtın uzanması qəbuledilməzdir və irəliləyiş əldə etmək üçün Kim Çen Inla sammit də daxil olmaqla bütün mümkün variantlar nəzərdən keçiriləcək.
Takaiçi Kim Çen Inla birbaşa danışıqlara hazır olduğunu ilk dəfə bildirmir. O, 2025-ci ilin sonunda baş nazir seçildikdən dərhal sonra da eyni mövqeni səsləndirmiş və Tokionun bu niyyətinin Pxenyana çatdırıldığını açıqlamışdı.
Qaçırıldığı bildirilən Yaponiya vətəndaşları məsələsi Tokio ilə Pxenyan arasında ən həssas mövzulardan biri hesab olunur. İki ölkə arasında diplomatik münasibətlər mövcud deyil.
2002-ci ildə Şimali Koreya ilk dəfə 13 Yaponiya vətəndaşının qaçırıldığını etiraf etmiş və onlardan beşinin vətənə qayıtmasına icazə vermişdi. Qalan şəxslərin öldüyü bildirilsə də, ailələrinə təqdim edilən qalıqların həqiqiliyi təsdiqlənməmişdi.
2014-cü ildə tərəflər hadisələrin yenidən araşdırılması barədə razılığa gəlsələr də, sonradan Pxenyan bu məqsədlə yaradılmış komissiyanı ləğv edib.
Şimali Koreya liderinin bacısı Kim Yo Con isə 2025-ci ilin martında bəyan etmişdi ki, Pxenyan Yaponiya ilə danışıqlarda maraqlı deyil. O, Tokio hökumətinin qaçırılan şəxslər, eləcə də Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı mövqeyini tənqid edərək, qaçırılan Yaponiya vətəndaşları məsələsinin artıq bağlanmış hesab edildiyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 0 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 343 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 173 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 193 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 197 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 225 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 0 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314