Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi - MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi - MÜHARİBƏYƏ HAZIRLAŞIR?Çin ABŞ və müttəfiqlərinə məxsus strateji hərbi obyektlərin tamölçülü maketlərini tikərək genişmiqyaslı hərbi ssenarilər üzərində məşqlər keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə The Telegraph peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumata görə, Çin ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaponiyadakı Yokosuka bazasının, Tayvanın Suao limanının, Taybeydəki Prezident sarayının, eləcə də ABŞ hərbi gəmilərinin tamölçülü maketlərini inşa edib. Peyk görüntülərində bu obyektlərdə raket zərbələrinin izlərinin göründüyü bildirilir.

Nəşrin yazdığına görə, Pekin bu poliqonlarda YJ-21 və YJ-17 hipersəs raketləri ilə zərbələr endirməyi, həmçinin Tayvan paytaxtına hücum ssenarilərini məşq edir.

Hərbi ekspertlər təlimlərin miqyasını indiyədək görünməmiş adlandırır və bunu eyni vaxtda Tayvan, ABŞ və Yaponiyaya ünvanlanmış mesaj kimi qiymətləndirirlər. Onların fikrincə, Çin Tayvana güc tətbiq etməyə hazır olduğunu nümayiş etdirir, ABŞ-a regiondakı əsas bazalarının həssaslığını göstərir, Yaponiyaya isə mümkün genişmiqyaslı münaqişəyə cəlb oluna biləcəyinə işarə edir.
Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi - MÜHARİBƏYƏ HAZIRLAŞIR?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 669   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi

Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə

21.09.2026 195
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21.09.2026 247
.

Rusiya Ukraynanın bu obyektlərini vurdu

Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərind

21.09.2026 152
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21.09.2026 314
.

AB Rusiyanın "qondarma" seçkilərini rədd etdi

AB-nin baş diplomatı Kaja Kallas Rusiyada keçirilən parlament seçkilərini demokratiyanın "örtüyü" adlandırıb və işğal olunmuş Ukraynada seçkilərin keçirilməsinə kömək edənlərə qarşı sanksiyalar təklif etdiyini bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, prezident Vladimir Putini

21.09.2026 244
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21.09.2026 125
.

Qızıl bahalaşdı

Azərbaycanda 2026-cı il sentyabrın 21-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın rəsmi qiyməti 7 423.9340 manat, 1 qram qızılın qiyməti isə 238.68 manat təşkil edir. 99 əyyar (Təmiz qızıl) - 238.68 manat, 750 əyyar (İtalyan qızılı) - 179.19 manat, 585 əyya

21.09.2026 138
.

Suriyada güclü partlayışlar olub

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla

21.09.2026 118
.

Üç il sonra: 23 saatda dəyişən Qarabağ reallığı

Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat ərzində başa çatan əməliyyat nəticəsində Azərbaycan Qarabağ üzərində suverenliyini və konstitusiya quruluşunu tam bərp

21.09.2026 183
.