Həftədə 60-70 saat iş: Uzun iş rejimi qanunvericiliyə uyğundurmu? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Həftədə 60-70 saat iş: Uzun iş rejimi qanunvericiliyə uyğundurmu? - HÜQUQŞÜNASDAN AÇIQLAMADünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması, dörd günlük iş həftəsinin tətbiqi və işçi rifahının artırılması istiqamətində addımlar atıldığı bir vaxtda, Azərbaycanda bir çox əməkdaş hələ də gündə 10-12 saat, həftə ərzində isə 60-70 saata çatan iş rejimində çalışdığını bildirir. Xüsusilə özəl sektorda normadan artıq iş saatları, əlavə əməyin ödənişi və iş-həyat balansı ilə bağlı narazılıqlar tez-tez gündəmə gəlir.

Bəs uzun iş saatları əmək məhsuldarlığına və işçilərin sağlamlığına necə təsir edir? Mövcud vəziyyət əmək qanunvericiliyinin tələblərinə nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı hüquqşünas Ayaz Hacıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, normal iş vaxtı həftədə 40 saatdan artıq olmamalıdır. Onun sözlərinə görə, işçinin bu normadan artıq işlədilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və onun razılığı ilə mümkündür: "Əlavə iş saatları isə mütləq qaydada artırılmış tariflə ödənilməlidir. Bəzi müəssisələrdə işçilərin gündə 10-12 saat çalışdırılması artıq iş vaxtının rəsmiləşdirilməməsi və ya əlavə ödəniş edilməməsi ilə müşayiət olunursa, bu, əmək qanunvericiliyinin pozulması hesab edilə bilər. Uzun iş saatları təkcə işçinin istirahət hüququnu məhdudlaşdırmır, eyni zamanda onun sağlamlığına, əmək məhsuldarlığına və təhlükəsizliyinə də mənfi təsir göstərir.

İşəgötürənlər qanunvericiliyin tələblərinə əməl etməli, iş vaxtının uçotunu düzgün aparmalı və artıq işə görə nəzərdə tutulan ödənişləri təmin etməlidirlər. Əmək hüquqlarının pozulduğunu düşünən işçilər aidiyyəti dövlət orqanlarına müraciət edərək öz hüquqlarını müdafiə edə bilərlər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 845   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sədərəyi qoruyan "Fərqlilər": Onları birləşdirən Vətən sevgisi

Bu yazımı "Fərqlilər" adlandırmağım səbəbsiz deyil. Çünki orduda həm hərbçilər var, həm də döyüşçülər. Mənim bu dəfə "fərqlilər" adlandırdığım qəhrəmanlar könüllü döyüşçülərdir. O könüllülər ki, ürəkləri hər zaman Azərbaycan xalqı ilə bir döyünür. Onları yetişdirən bir amal, bir məqsə

21.09.2026 195
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21.09.2026 247
.

Rusiya Ukraynanın bu obyektlərini vurdu

Ukraynada gecə saatlarında bir sıra mühüm obyektlərə zərbələr endirilib. Rusiya tərəfi hücumların logistika mərkəzləri, limanlar və hərbi yüklərin daşındığı gəmilərə qarşı həyata keçirildiyini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev və Odessa vilayətlərind

21.09.2026 152
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21.09.2026 314
.

AB Rusiyanın "qondarma" seçkilərini rədd etdi

AB-nin baş diplomatı Kaja Kallas Rusiyada keçirilən parlament seçkilərini demokratiyanın "örtüyü" adlandırıb və işğal olunmuş Ukraynada seçkilərin keçirilməsinə kömək edənlərə qarşı sanksiyalar təklif etdiyini bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, prezident Vladimir Putini

21.09.2026 244
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21.09.2026 125
.

Qızıl bahalaşdı

Azərbaycanda 2026-cı il sentyabrın 21-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın rəsmi qiyməti 7 423.9340 manat, 1 qram qızılın qiyməti isə 238.68 manat təşkil edir. 99 əyyar (Təmiz qızıl) - 238.68 manat, 750 əyyar (İtalyan qızılı) - 179.19 manat, 585 əyya

21.09.2026 138
.

Suriyada güclü partlayışlar olub

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla

21.09.2026 118
.

Üç il sonra: 23 saatda dəyişən Qarabağ reallığı

Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat ərzində başa çatan əməliyyat nəticəsində Azərbaycan Qarabağ üzərində suverenliyini və konstitusiya quruluşunu tam bərp

21.09.2026 183
.