Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridirAna dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. 1969-cu ilin iyul ayında respublikamızın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söyləmişdi. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət tələb edirdi. Həmin tarixi günü Ulu Öndər Heydər Əliyev 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən mərasimdə artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər".
Həmin cəsarətli çıxışından sonra - sovetlər dönəmində Ulu Öndərimiz daha bir tarixi addım addım atdı. Məlumdur ki, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Belə ki, Ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ümummilli liderin qətiyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ümummilli Liderimiz müstəqillik illərində də ana dilimizin qorunması üçün misilsiz xidmətlər göstərib. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: "Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir". Ümummilli lider Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu, ana dilimizə verilən yüksək dəyərdir.
Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, 2018-ci il noyabrın 1-də imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda da aktual məsələlərdəndir. Hər bir vətəndaşımız ana dilimizin qorunması üçün öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 118   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Husilərin Səudiyyə Ərəbistanına hücumundan sonra Qırmızı dənizdə gəmiçilik yavaşlayıb

Bazar günü Kpler-in göndərmə məlumatlarına görə, Yəmənli husilər Qırmızı dəniz sahili boyunca Səudiyyə Ərəbistanının neft qurğularına hücum etdikdən sonra Bab əl-Məndəbdən keçən gəmilərin sayı azalıb, Hörmüz boğazından keçən tranzit isə həftəsonu aşağı səviyyədə qalıb. BİG.AZ Reuters-ə istinadən xəbə

11:28 124
.

"Bloomberg": ABŞ İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün vəsait axtarır

Əlavə xərclər paketinin təsdiqlənməsi prosesi konqresdə faktiki olaraq dalana dirəndiyindən ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün maliyyə mənbələri axtarır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqtond

26.07.2026 229
.

NYT: ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, İranın yeni ali rəhbəri ayətullah Müctəba Xamenei nüvə silahının yaradılmasına atasına nisbətən əhəmiyyətli dərəcədə daha çox maraq göstərir. "Report" xəbər verir ki, bu barədə kəşfiyyatın qiymətləndirmələri ilə tanış olan ABŞ rəsmilərinə istinadə

26.07.2026 194
.

Bakıda və Abşeron yarımadasında temperatur enəcək

Sabah Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında xəzri küləyi əsəcək, maksimal temperaturun 32-35 dərəcə isti olacağı gözlənilir

26.07.2026 339
.

NYT: Avropa Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılığın güclənməsindən ehtiyat edir

Avropa müdafiə və enerji şirkətləri Avropa İttifaqının (Aİ) Rusiya qazından tamamilə imtina etməsinin ABŞ tədarüklərindən həddindən artıq asılılığa və Vaşinqtonun Avropanın enerji siyasətinə təsirinin güclənməsinə gətirib çıxara biləcəyindən narahatlıq ifadə edir. "Report" xəbər verir ki, b

26.07.2026 235
.

Binəqədidə obyekt yanır

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırd

12:22 71
.

CNN hərbi analitiki deyir ki, İran uzunmüddətli münaqişə üçün ABŞ-dan daha yaxşı mövqedə görünür

Hərbi analitik Sedrik Leyton CNN-ə bildirib ki, İran uzunmüddətli münaqişəni davam etdirmək üçün ABŞ-dan daha yaxşı mövqedə ola bilər, çünki ABŞ əhəmiyyətli miqdarda silah ehtiyatına malikdir, ABŞ isə əvəzlənməsi illərlə çəkə biləcək yüksək səviyyəli dəqiq sursatlar istehsal edir. BİG.AZ CNN-ə istinadə

11:07 134
.

Rusiyanın Xerson vilayətini atəşə tutması nəticəsində iki nəfər həlak olub, 24 nəfər xəsarət alıb

Rusiya ordusu sutka ərzində aviasiya, dron və artilleriya ilə Ukraynanın Xerson vilayətinin 36 yaşayış məntəqəsinə hücum edib. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, Rusiyanın zərbələr

26.07.2026 226
.

Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib. "Bəlk

26.07.2026 203
.

TOP MP3