Müştəridən "Kontakt Home"a ETİRAZ: "Qızıl zəmanətlə məhsul almışam, amma…" - Foto
"Kontakt Home" mağazalar şəbəkəsindən alınan daha bir məhsulun yararsız olduğu məlum olub.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vətəndaş Ülfət Talıbova yazıb. O, "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı məhsulla bağlı narazılığını sosial şəbəkədə ictimailəşdirib.
Bildirib ki, təxminən bir il əvvəl "Beko" markalı fritoz alıb. Məhsulun 2 illik "Qızıl sığorta" və 1 illik standart zəmanəti olduğunu qeyd edən vətəndaşın sözlərinə görə, iki ay əvvəl fritozun qazanında problem yarandığı üçün Reset Servis Mərkəzinə müraciət edib.
Şikayətçinin iddiasına əsasən, mayın 16-da rəsmi sənədləşmə aparılıb və ehtiyat hissəsinin Türkiyədən sifariş edildiyi bildirilib. Ona, Türkiyədə bayram günlərinin olacağı nəzərə alınaraq, məhsulun ən geci bir ay ərzində təhvil veriləcəyi vəd edilib.
Lakin Ülfət Talıbova bildirir ki, artıq iki ay keçməsinə baxmayaraq, sifariş edilən ehtiyat hissəsi hələ də ona təqdim olunmayıb. O, dəfələrlə Reset Servisə müraciət etsə də, problemin həll olunmadığını deyib.
Vətəndaş paylaşımında "Kontakt Home"a da müraciət edərək, məhsulu həmin mağazadan aldığını və "Qızıl sığorta" üçün əlavə ödəniş etdiyini xatırladıb. O, kredit ödənişlərində gecikməyə görə müştərilərdən cərimə tutulduğunu vurğulayaraq, eyni həssaslığın müştəri hüquqlarının qorunmasına da göstərilməli olduğunu bildirib.
Şikayətçi sonda "Kontakt Home"dan fritozun ehtiyat hissəsinin nə vaxt təqdim ediləcəyinə dair açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bu iddialar vətəndaşın sosial şəbəkə paylaşımına əsaslanır. Qarşı tərəfin mövqeyi məlum deyil.
Xatırladaq ki, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribuna.az-a açıqlaması zamanı bildirmişdi ki, ölkədə ən çox şikayət olunan elektronik ev əşyaları satan mağaza "Kontakt Home"dur. İB sədrinin sözlərinə görə, alıcılara "Kontakt Home"da yararsız məhsullar satılı, müştərilər endirim adı ilə aldadılır və məhkəmələrdə incidilir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 827 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 468 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 464 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 198 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 322 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 139 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 444 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 Naxçıvanda qəzaya düşən deputat kimdir?
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini
10:27 218