Səhv bank kartına pul göndərmisiniz? Belə hallarda nə etməli? - VƏKİLDƏN AÇIQLAMA
Rəqəmsal bankçılıq xidmətlərinin geniş yayılması pul köçürmələrini xeyli asanlaşdırsa da, diqqətsizlikdən qaynaqlanan səhvlərin sayı da artır. Bank kartının nömrəsini yanlış daxil etmək və ya oxşar adlara görə pulu səhv hesaba göndərmək istifadəçilərin ən çox üzləşdiyi problemlərdən biridir. Belə hallarda bir çox insan vəsaitini geri qaytara bilib-bilməyəcəyi ilə bağlı narahatlıq keçirir.
Bəs səhv bank kartına pul köçürüldükdə hansı addımlar atılmalıdır? Bank vəsaiti dərhal geri qaytara bilərmi, yoxsa bunun üçün qarşı tərəfin razılığı və ya hüquqi prosedurlar tələb olunur? Bu cür halların qarşısını almaq üçün istifadəçilər nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bank kartına səhv köçürmə edən şəxs bu barədə müştərisi olduğu banka məlumat verməlidir. Onun sözlərinə görə, bu halda bank kartına vəsait köçən şəxslə əlaqə saxlayaraq ona səhvən pul gəldiyini və həmin məbləğin sahibinə geri qaytarılmağı təklif edir: "Həmin şəxs pulun geri qaytarılmağa razılaşarsa,məsələ həll edilir. Ancaq həmin şəxs imtina edərsə, bu halda.əlavə problemlər ortaya çıxır. Belə ki, kartına səhvən köçürülmüş vəsaiti qaytarmama həmin şəxs heç bir inzibati və ya cinayət məsuliyyəti daşımır. Buna görə də hüquq-mühafizə orqanlarına müraciət nəticəsiz qalır. Pulu geri almağın yeganə yolu mülki qaydada məhkəmədə iddia qaldırmaqdır.
Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yəni, əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. Burada səhvən göndərilmə nəticəsində pulu əldə edən şəxs əsassız varlanmış hesab edilir və əldə etdiyi məbləği geri qaytarmağa borcludur.
Burada əsas problem isə odur ki, şəxsi məhkəməyə vermək üçün onun şəxsi məlumatlarına, ən azı ad, soyad və ata adını bilmək vacibdir.
Səhvən kartına pul köçürülən və qaytarmaqdan imtina edən vətəndaşın şəxsi məlumatlarını paylaşmaq bank sirri hesab edildiyi üçün bank həmin məlumatları verməkdən imtina edir
Belə ki, Banklar haqqında Qanunun 41-ci maddəsinə əsasən bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatlar bank sirri hjesab edilir və bank buna təminat verir.
Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən yalnız qanunda nəzərdə tutulmuş haaalrda digər şəxslərə verilə bilər. Bunlardan biri də məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında məlumatların məhkəmələrə verilməsidir.
Ona görə də ilkin olaraq əsassız varlanmış şəxsin məlumatlarının əldə edilməsi, daha sonra isə ondan vəsaitin tələb edilməsi üçün məhkəməyə mürqciət edilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 940 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 468 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 464 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 198 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 322 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 139 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 444 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 Naxçıvanda qəzaya düşən deputat kimdir?
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini
10:27 218