Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA
Son illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də məşhurlaşmaq, gəlir əldə etmək və şəxsi brend yaratmaq üçün platformaya çevrilib. Xüsusilə gənclər arasında blogger olmaq arzusu sürətlə yayılır. Bir çoxları hesab edir ki, sosial mediada tanınmaq uğurun, nüfuzun və maddi qazancın ən qısa yoludur. Bu səbəbdən hər gün minlərlə insan müxtəlif platformalarda məzmun istehsal etməyə başlayır və izləyici toplamaq uğrunda yarışır. Bəs bu meylin arxasında hansı psixoloji amillər dayanır?
İnsanları sosial şəbəkələrdə tanınmağa sövq edən əsas motivlər nələrdir? Tanınmaq istəyi özünüifadə ehtiyacından irəli gəlir, yoxsa bəyənilmək və təsdiq olunmaq arzusu daha güclü rol oynayır?
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan kimi kollektivist cəmiyyətlərdə "başqalarının gözündə necə görünürəm?" sualı daha böyük rol oynayır. Yəni, fərdi maraqlardan çox, cəmiyyətin, kollektivin maraqlarını daha üstün tutan bir cəmiyyətdə yaşayırıq. Onun sözlərinə görə, son illərdə sosial media göstərdi ki, məşhurluq birbaşa gəlirə çevrilə bilər: "Bu səbəbdən bəzi insanlar üçün məşhurluq artıq sadəcə məqsəd deyil, pul qazanma alətinə çevrildi. Məqsəd də yalnız pul olduğu halda bəzən etik sərhədlər pozula bilir. Çünki qalmaqal, şok və aqressiv məzmunlar, başqa məşhura söz atmaq qısa müddətdə daha çox baxış gətirə bilir. Məhz bunu isə yalnız Azərbaycan cəmiyyətinə aid etmək doğru olmaz, çünki dünyanın bir çox ölkəsində sosial media platformalarında belə məzmunlar önə çıxarılır. Psixoloji baxışdan isə, özünü dəyərli hiss edən insan adətən məşhur olmağa yox, faydalı olmağa çalışır. Amma özünü dəyərsiz hiss edən insan məhz məşhur olmağı dəyərli olmağın əvəzi kimi görür. Sırf Azərbaycan cəmiyyətindən danışsaq görünən odur ki, pul əsas dəyərə çevrildiyindən etika arxa plana keçib. Uzunmüddətli nüfuz qurmaq əvəzinə, ani qazanc üçün riskli və qalmaqallı davranışlara üstünlük verənlərin sayı çoxalır.
Bu baş verəndə bəzi insanlar üçün reputasiya alınıb-satılan bir resurs kimi görünə bilir və digərlərinin də eyni davranışı təkrarlama ehtimalı artır. Cəmiyyətdə uğurun əsas meyarı pul və məşhurlaşmaq olduqda, bəzi insanlar diqqət mərkəzində olmağı və gəliri artırmaq üçün istənilən davranışı legitim hesab etməyə başlayırlar. Bu, əxlaqın yox olması deyil, dəyərlər iyerarxiyasında pulun digər dəyərlərin önünə keçməsidir. Problem pul sevgisində deyil. Problem pul insanın kimliyini və dəyərini ölçən əsas meyara çevrilməsindədir. Mənəvi dəyərləri formalaşmamış cəmiyyət üçün, pul ali dəyərə çevrilir. Mənəvi dayaqları zəif olan insan üçün pul, bütün dəyərlərin fövqündə dayanan məqsədə çevrilə bilər. Nə qədər ki, təhsil sistemi biliklə yanaşı dəyər və mənəviyyat formalaşdıran bir sistemə çevrilməyəcək, bu mənzərə uzun illər dəyişmədən qalacaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 937 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 468 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 464 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 198 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 322 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 139 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 444 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 Naxçıvanda qəzaya düşən deputat kimdir?
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini
10:27 218