"Bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil" - BƏHRUZ QULİYEV
"Son günlər Rusiyanın bəzi media resurslarında Azərbaycana qarşı tənqidi və ittihamedici materialların intensivləşməsi təsadüfi proses kimi qiymətləndirilə bilməz. Tarixi təcrübə göstərir ki, Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik yarandığı dövrlərdə informasiya məkanı da siyasi mübarizənin əsas alətlərindən birinə çevrilir. Bu cür kampaniyalar adətən dövlətlər arasında fikir ayrılıqlarının fonunda ictimai rəyə təsir göstərmək və siyasi mesaj vermək məqsədi daşıyır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bu prosesə yalnız media hadisəsi kimi baxmaq düzgün olmaz. İnformasiya müstəvisi müasir geosiyasətdə diplomatiyanın və təsir mexanizmlərinin davamı hesab edilir. Rusiya müəyyən media platformaları vasitəsilə Azərbaycana göstərmək istəyir ki, Moskvanın regional maraqları nəzərə alınmalıdır. Eyni zamanda bu, Azərbaycan cəmiyyətində və beynəlxalq auditoriyada müəyyən təsəvvür formalaşdırmağa yönəlmiş informasiya təzyiqi elementi kimi də qiymətləndirilə bilər.
Lakin bugünkü Azərbaycan əvvəlki dövrlərin Azərbaycanı deyil. Ölkə müstəqil xarici siyasət yürüdür, milli maraqlarını prioritet hesab edir və qərarlarını hər hansı kənar təzyiqdən deyil, dövlət maraqlarından çıxış edərək qəbul edir. "Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın xarici siyasətinin əsas prinsipi milli maraqların qorunması və bərabərhüquqlu əməkdaşlıqdır.
Azərbaycan Prezidenti
Digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliləməsi, regionda yeni nəqliyyat və iqtisadi layihələrin müzakirəsi Cənubi Qafqazda geosiyasi balansı dəyişir. Bu dəyişikliklər regionun bütün böyük oyunçularının diqqət mərkəzindədir və informasiya mübarizəsinin fəallaşmasına da təsir göstərən amillərdəndir.
Hesab edirəm ki, emosional reaksiyalardan daha çox, soyuqqanlı və peşəkar yanaşma vacibdir. Azərbaycan media məkanı faktlara söykənən, dövlət maraqlarını müdafiə edən və dezinformasiyaya qarşı çevik cavab verən mövqe nümayiş etdirməlidir. İnformasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Düşünürəm ki, Rusiyanın bəzi media qurumlarında müşahidə olunan anti-Azərbaycan kampaniyaları ikitərəfli münasibətlərdə narahatlıq siqnalı kimi qiymətləndirilə bilər. Bununla belə, belə kampaniyalar dövlətlərarası münasibətlərin taleyini müəyyən etmir. Münasibətlərin gələcəyi qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və siyasi dialoqa əsaslanan diplomatik qərarlardan asılı olacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 581 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA iş elanı verdi - Maaş 164 mindir
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs
13.11.2026 468 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 464 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
16:07 198 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 322 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 139 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223 Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir
Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə
13.11.2026 444 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 Naxçıvanda qəzaya düşən deputat kimdir?
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini
10:27 218