Heyvanları "stresdən çıxarıb", insanları stresə salır...

Heyvanları "stresdən çıxarıb", insanları stresə salır...Azərbaycanda təəssüf ki, hələ də bəzi qurum rəhbərləri həyata, məşhur filmdə deyildiyi kimi, "ancaq xidməti avtomobillərinin pəncərəsindən baxırlar". Həmin pəncərədən isə bütün reallıqlar, orta və aşağı təminatlı, məhdud istehlak imkanlı insanların, eləcə də xırda sahibkarların problemləri qətiyyən görünmür...

Son günlər AQTA-nın ölkəyə gətirilən heyvanların nəqli ilə bağlı qoymağa hazırlaşdığı "standartlar" ciddi müzakirələrə səbəb olub. Sahibkarlar, müstəqil ekspertlər, hətta bəzi siyasətçilər də bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirlər. Lakin qurum öz mövqeyində israrlıdır. Üstəlik, ötən gün AQTA-nın şöbə müdiri az qala "öldü var, döndü yoxdur" deyib.

O, bu qərarı əsaslandırarkən deyib ki, qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır. pizza sifarişi

O qeyd edib ki, yeni tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına xidmət edir…

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır və növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur.

İstər-istəməz ilk ağla gələn sual bu olur ki, yəni, doğrudanmı bütün sahələrdə beynəlxalq və Avropa standartlarını mənimsəmişik, indi isə qalıb yalnız heyvanların daşınma standartları? Hələ insanları avtobuslarda, ictimai nəqliyyatda insan kimi daşımağı tam öyrənmədiyimiz halda, heyvanların qaydına qalmağa başlamışıqmı?

Əlbəttə, çox istərdik ki, hansı sahəyə baxsaq, beynəlxalq, Avropa standartlarına uyğun idarəçilik, gəlirlər, maaşlar, pensiyalar, biznes mühiti, xidmətlər və s. görək, o cümlədən də heyvan daşınması standartlarını. Ancaq bu, heç də can atdığımız birinci vacib standart olmalı deyil axı. Çünki heyvandan əvvəl insan var!

AQTA, həmin "standartlar" adı altında daha əvvəl ölkə üzrə heyvan satışı bazarlarını bağlamışdı. Heyvanını satmağa yer tapmayan kəndçiyə, fermerə bu minvalla bir müddət zülm verəndən sonra guya həmin bazarlar "standartlar"a uyğunlaşdırıldı və yenidən açılmağa başladı. Əslində isə bu bazarlarda nə qida təhlükəsizliyi standartları, nə də başqa məsələlərdə ciddi şəkildə dəyişən heç nə olmadı. Yalnız artırılan giriş haqqından başqa…

Üstəlik, indi də AQTA hevanların onlayn birjada satılması "ideyası" ilə çıxış edir. Sanki bu qurumun işi-gücü kəndçinin, fermerin, sahibkarın üzərində eksperiment aparmaqdır.

Digər yandan, uzun illərdir Azərbaycanın daxilində AQTA-nın gözü qarşısında heyvanlar həmişəki "qeyri-ixtisaslaşmış" qaydada daşınıb və daşınır. Yəqin, yeni "qaydalar" bir müddət sonra ölkə daxilinə da şamil edilər... Heyvanların stresinin dərdini çəkən AQTA da çox gözəl bilir ki, bütün dünyada, ən inkişaf etmiş ölkələrdə belə heyvanlar arasında xəstəliklər yayıla bilir və bu zaman heyvanı lyuks, hətta son "S KLASS Mersedes"də daşısanız belə, xəstəliyin qarşısnı çox zaman almaq olmur.

AQTA-nın məqsədi aşağı-yuxarı bəllidir və bu məqsəd onun indiyə qədərki fəaliyyətində özünü açıq-aşkar əks etdirib. Bu qurum onsuz da əl qoyduğu bütün sahələrdə sahibkarları sıxmaq, cərimələmək, bahalı analiz qiymətləri tətbiq etmək və s. hesabına büdcəsini doldurmaqla məşğuldur. Ekspertlərin fikrincə, indiki "heyvan-stress-maşın" məsələsi də ya əlavə qazanc əldə etmək, ya da hansısa inhisarçının sifarişini yerinə yetirmək üçündür.

Bir sözlə, bu AQTA kimin "əmisi oğludur" bilmirik, amma, əhalinin, kiçik sahibkarın "əmisi oğlu" olmadığı dəqiqdir...

Kimsə bu qurum rəhbərliyinə deməlidir ki, nə onun AQTA-sının, nə də başqa bir təşkilatın kənd təsərrüfatına, yaxud digər sahəyə bu cür aşırı müdaxiləsi yolverilməzdir, ziyanlıdır, təhlükəlidir! Heyvanları "stresdən çıxarıb", insanları stresə soxmaq olmaz...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 468
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 464
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 198
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 322
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 139
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 444
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 218
.