"Bank VTB Azərbaycan"ın xalis mənfəəti azalıb

"Bank VTB Azərbaycan"ın xalis mənfəəti azalıb"Bank VTB Azərbaycan" ASC cari ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəətində ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər azalma müşahidə olunub.

"Yeni Sabah" xəbər verir ki, yanvar-iyun aylarının nəticələrinə görə, bank yarımilliyi 5,826 milyon manat xalis mənfəətlə tamamlayıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu rəqəm 6,319 milyon manat təşkil edirdi. Hesabat dövründə maliyyə qurumunun ümumi gəlirləri illik müqayisədə 8,1% azalaraq 26,053 milyon manata, ümumi xərcləri isə 4% azalaraq 21,393 milyon manata düşüb. Bununla yanaşı, bankın xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 2,1 dəfə artaraq 554 min manata yüksəlib, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 612 min manat təşkil edib.

Bu il iyulun 1-nə olan məlumata görə, "Bank VTB Azərbaycan"ın aktivlərinin ümumi həcmi illik müqayisədə cüzi - 0,1% kiçilərək 336,851 milyon manat təşkil edib. Aktivlərin əsas hissəsini, yəni 247,35 milyon manatını müştərilərə yönəldilən xalis kreditlər təşkil edib ki, bu da son bir ildə bankın kredit portfelinin 19,8% böyüməsi deməkdir. Bunun əksinə olaraq, hesabat dövründə bankın öhdəlikləri 3,7% azalaraq 220,669 milyon manata, depozit portfeli isə 13,3% geriləmə ilə 121,778 milyon manata düşüb. Bankın balans kapitalı isə 7,7% artaraq 116,164 milyon manat səviyyəsinə çatıb. Dördpendirli pizza

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2009-cu ildə, daha öncə fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında təsis edilib. Nizamnamə kapitalı 315,815 milyon manat olan bankın səhmlərinin böyük hissəsi (99,999995%-i) Rusiyanın "Bank VTB" ASC-yə, qalan cüzi payı (0,000005%-i) isə fiziki şəxs Adıgözəl Ağayevə məxsusdur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 468
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 464
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 198
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 322
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 139
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 444
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 218
.