Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirik

Süni intellektin gəldiyi son mərhələ: Saxta simalara daha çox etibar edirikİnsan beyni qarşısındakı şəxsin dürüstlüyünü qiymətləndirmək üçün əsrlər boyu üz cizgilərinə diqqət yetirib. Lakin texnologiyanın inkişafı bu təbii müdafiə mexanizmini manipulyasiya etməyə imkan verir.

Qaynarinfo-nun məlumatına görə, Lankaster Universiteti tərəfindən aparılan yeni araşdırma göstərib ki, süni intellekt vasitəsilə yaradılan rəqəmsal portretlər insanlar tərəfindən real insan simalarından daha etibarlı qəbul olunur.

Əvvəllər süni intellektin yaratdığı görüntüləri müəyyən etmək nisbətən asan idi. Barmaqların qeyri-təbii görünməsi, qulaq seyvanlarının qeyri-mütənasib olması və ya diş quruluşundakı anormallıqlar görüntünün saxta olduğunu üzə çıxarırdı. Lakin görüntü yaradan modellərin inkişafı nəticəsində bu cür vizual qüsurlar demək olar ki, tamamilə aradan qaldırılıb.

"Journal of Vision" jurnalında dərc olunan araşdırmada iştirakçılara həm real insanların, həm də süni intellekt tərəfindən yaradılmış portretlər təqdim edilib. İştirakçıların yalnız 58,4 faizi görüntülərdən hansının real, hansının isə süni olduğunu düzgün müəyyən edə bilib. Bu nəticə göstərir ki, insanlar artıq rəqəmsal görüntü ilə real insan siması arasındakı fərqi ayırd etməkdə çətinlik çəkirlər.

Niyə saxta simalara daha çox etibar edirik?

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri iştirakçıların ən yüksək etibar qiymətini real insan simalarına deyil, diffuziya modelləri vasitəsilə yaradılmış saxta simalara verməsi olub. Alimlərin fikrincə, insan beyni təkamül prosesi ərzində orta göstəricilərə yaxın, simmetrik və hamar üz cizgilərini daha tanış qəbul etdiyindən, onları daha etibarlı hesab etməyə meyillidir.

Süni intellekt sistemləri də məhz bu xüsusiyyətdən istifadə edir. Milyonlarla görüntü əsasında öyrədilən modellərin yaratdığı ideallaşdırılmış simalar insan psixologiyasında mövcud olan "cəlbedici olan etibarlıdır" yanılmasını gücləndirir.

Doktorant Aleksis MakQuayr və onun tədqiqat qrupu bildirir ki, bu tendensiya kiberdələduzluq baxımından ciddi risk yaradır. Cinayətkarlar saxta şəxsiyyətlərini etibar yaradan rəqəmsal simalarla tamamlayaraq potensial qurbanları aldatmağa çalışırlar. Nəticədə internet mühitində vizual görüntülərə əsaslanan etibar hissi getdikcə daha kövrək xarakter alır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 468
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 464
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

16:07 198
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 322
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 139
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.

Biz onu illərdir Emrə Altuğ kimi tanıyırıq - Görün əsl adı nədir

Türkiyənin məşhur müğənni və aktyoru Emre Altuğ bu dəfə mahnıları və ya rol aldığı seriallarla deyil, əsl adı ilə gündəmə gəlib. Türkiyə mediasına istinadən xəbər verir ki, 56 yaşlı sənətçinin tam adının Niyazi Emre Altuğ olduğu üzə çıxıb. Məlum olub ki, məşhur müğənni uzun illərdir ilk adı olan Niyazidə

13.11.2026 444
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

Naxçıvanda qəzaya düşən deputat kimdir?

Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb. BİG.AZ -a istinadla xəbər verir ki, avtomobilin aşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalovdur. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisini

10:27 218
.