EKSPERT: "Gələcəyin mediasında qalib gələn PLATFORMA deyil, keyfiyyətli məzmun olacaq"

EKSPERT: "Gələcəyin mediasında qalib gələn PLATFORMA deyil, keyfiyyətli məzmun olacaq"İctimai Televiziyanın baş direktoru Balakişi Qasımovun ənənəvi televiziyanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər media sektorunda geniş müzakirələrə səbəb olub. O bildirib ki, ənənəvi televiziya özünün son on ilini yaşayır və rəqəmsal platformaların təsiri getdikcə artır. Bu açıqlama fonunda dünyanın aparıcı media qurumlarının rəqəmsal strategiyası da diqqət çəkir. Məsələn, BBC və CNN kimi beynəlxalq media orqanları televiziya yayımı ilə yanaşı, YouTube üçün ayrıca podkastlar, müsahibələr və platformaya uyğun hazırlanmış xüsusi layihələr də təqdim edirlər.

Bu isə belə bir sualı gündəmə gətirir: Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları da YouTube üçün ayrıca verilişlər hazırlaya bilərmi? Rəqəmsal auditoriyanın sürətlə artdığı bir dövrdə yerli televiziyaların da platformaya uyğun yeni məzmun istehsal etməsi nə dərəcədə realdır və bu, onların izləyici auditoriyasının genişlənməsinə necə təsir göstərə bilər? Bu suallar son günlər media mühitində daha çox müzakirə olunur.
EKSPERT: "Gələcəyin mediasında qalib gələn PLATFORMA deyil, keyfiyyətli məzmun olacaq"Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, Balakişi Qasımovun səsləndirdiyi fikir əslində televiziya anlayışının yox olması ilə bağlı deyil, ənənəvi televiziya yayım modelinin ciddi transformasiya mərhələsinə daxil olması ilə bağlıdır. Onun sözlərinə görə, bu gün dünyanın aparıcı media qurumları haqlı olaraq artıq özlərini çoxplatformalı media təşkilatı kimi təqdim edirlər: "Tamaşaçı auditoriyasının, xüsusilə gənc nəslin böyük hissəsi informasiyanı televiziya ekranından deyil, mobil telefon, sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən əldə edir.

Mən hesab edirəm ki, televiziya sosial şəbəkələrə uduzmur, sadəcə auditoriya davranışı dəyişir. İnsanlar artıq xəbəri və ya verilişi özlərinə uyğun vaxtda izləmək istəyirlər. Bu baxımdan televiziya kanalları da yeni reallığa uyğunlaşmalıdır. Dünyanın nüfuzlu media qurumları - BBC, CNN, Deutsche Welle, Al Jazeera və digərləri YouTube üçün ayrıca layihələr hazırlayır, podkastlar istehsal edir, qısa videolar və sosial media formatları yaradırlar. Bunun məqsədi televiziya məhsulunu yeni auditoriyaya çatdırmaqdır.

Azərbaycanda da televiziya kanalları son illərdə rəqəmsal platformalarda daha fəal görünməyə başlayıblar. Lakin hesab edirəm ki, bu istiqamətdə görüləcək işlər hələ çoxdur. Burada diqqətli olmaq lazımdır, televiziyalar yalnız efirdə yayımlanan materialları internetə yerləşdirməklə kifayətlənməməli, məhz rəqəmsal auditoriya üçün ayrıca kontent hazırlamalıdırlar. YouTube layihələri, podkastlar, qısa analitik videolar, izahlı jurnalistika nümunələri və interaktiv formatlar bu gün media istehlakçısının tələbinə daha çox cavab verir.

Müşahidələrim onu deməyə əsas verir ki, gələcəyin mediasında qalib gələn platforma deyil, keyfiyyətli məzmun olacaq. Televiziya peşəkar jurnalistika, etibarlılıq və böyük istehsal imkanları baxımından hələ də üstünlüklərini qoruyur. Lakin bu üstünlükləri rəqəmsal mühitə daşıya bilməyən media qurumlarının auditoriya itirməsi qaçılmazdır. Ona görə də Azərbaycan televiziyalarının da rəqəmsal transformasiyanı sürətləndirməsi, YouTube və digər platformalar üçün xüsusi layihələr hazırlaması artıq seçim deyil, zərurətdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 622   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.