Nazir nöqsanları etiraf etdi: Dərsliklərin keyfiyyəti necə artırılmalıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Nazir nöqsanları etiraf etdi: Dərsliklərin keyfiyyəti necə artırılmalıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAElm və təhsil naziri Emin Əmrullayev məktəb dərsliklərində mövcud olan nöqsanların hələ də tam aradan qaldırılmadığını etiraf edərək, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Nazirin açıqlaması illərdir valideynlər, müəllimlər və şagirdlər tərəfindən səsləndirilən narazılıqların bir daha gündəmə gəlməsinə səbəb olub. Dərsliklərdə faktoloji səhvlər, yaş səviyyəsinə uyğun olmayan mətnlər, çətin və anlaşılmaz izahlar, eləcə də proqramla uyğunsuzluq kimi problemlər tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.

Təhsil sisteminin əsas dayaqlarından biri olan dərsliklərin daha keyfiyyətli hazırlanması üçün onların yazılması və ekspertizasına yanaşmanın yenilənməsi, müəllimlərin və praktik pedaqoqların prosesə daha geniş cəlb olunması, ictimai müzakirələrin artırılması, pilot sınaqların keçirilməsi və aşkar olunan səhvlərin operativ şəkildə düzəldilməsi vacib hesab olunur. Keyfiyyətli dərslik yalnız şagirdin bilik əldə etməsinə deyil, həm də onun məntiqi təfəkkürünün və analitik düşüncə bacarıqlarının formalaşmasına xidmət etməlidir.
Nazir nöqsanları etiraf etdi: Dərsliklərin keyfiyyəti necə artırılmalıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərlə bağlı dilə gətirdiyi nöqsanlar - xüsusilə tarix dərsliklərindəki quru xronologiya, Azərbaycan dili kitablarındakı həddindən artıq qayda yükü və biologiya dərsliklərinin beynəlxalq standartlardan uzaq olması - əslində illərdir pedaqoqların, valideynlərin və cəmiyyətin narahat olduğu fundamental problemlərin rəsmi səviyyədə təsdiqidir. Onun sözlərinə görə, dərslik sadəcə məlumat toplusu deyil; o, uşağın dünyagörüşünü formalaşdıran, onu düşünməyə və təhlil etməyə yönəldən əsas tədris vasitəsidir: "Bu sahədəki problemləri köklü şəkildə aradan qaldırmaq üçün sistemli və praktiki addımların atılmasına ehtiyac var. Bu yolda atılmalı olan ilk vacib addım "fakt yığını" modelindən "hekayə və analiz" modelinə keçid etməkdir. Tarix dərsliklərində uşaqlara tarixin fəlsəfəsini, səbəb-nəticə əlaqələrini sevdirmək əvəzinə, onları quru illər və rəqəmlər labirintinə salırıq. Bunun həlli dərsliklərin daha çox hekayə üslubunda, şagirdin təxəyyülünü işə salacaq şəkildə yazılmasıdır. Şagird tarixi hadisəni sadəcə əzbərləməməli, "Bu hadisə baş verməsəydi, dünya necə olardı?" sualı ətrafında mülahizə yürütməyi öyrənməlidir.

İkinci mühüm məqam Azərbaycan dili dərsliklərində "teoriya" yox, "anlama və tətbiq" prinsipinə üstünlük verilməsidir. Dil dərsliklərində şagirdlərin akademik səviyyədə dilçi kimi yetişdirilməsinə çalışılır, lakin nəticədə oxuyub-anlama və özünü ifadəetmə bacarıqları kölgədə qalır. Kitablardakı ağır filoloji qaydaların həcmi kəskin azaldılmalıdır. Diqqət şagirdin oxuduğu mətni təhlil etməsinə, yazı mədəniyyətinə (esse, məktub yazmaq) və natiqlik bacarıqlarının inkişafına yönəldilməlidir.

Bununla yanaşı, müəllif heyətinin və ekspertizanın gücləndirilməsi də mütləqdir. Dərsliklərin yazılması tez-tez dar bir çərçivədə, qısa müddətdə və alternativsiz həyata keçirilir. Hər bir dərslik layihəsində yalnız akademik alimlər deyil, mütləq şəkildə orta məktəb təcrübəsi olan, uşaq psixologiyasını dərindən bilən praktiki müəllimlər ön sıralarda yer almalıdır. Müəlliflərin təklif etdiyi materiallar məktəblərdə geniş sınaqdan keçirilməli və yalnız bundan sonra kütləvi tirajlanmalıdır.

Sistemin ən ağrılı nöqtələrindən biri də DİM (Dövlət İmtahan Mərkəzi) və Elm və Təhsil Nazirliyi arasında koordinasiyanın qurulmasıdır. İllərdir davam edən ən böyük ziddiyyətlərdən biri dərsliklərdəki materiallarla qəbul imtahanı suallarının üst-üstə düşməməsi, yaxud dərslikdəki xırda, mübahisəli detalların imtahanda həlledici suala çevrilməsidir. Qəbul proqramı dərsliklərin fəlsəfəsinə tam uyğunlaşdırılmalıdır. İmtahanlar uşaqdan dərslikdəki hansısa cümlənin altından xətt çəkilmiş xırdalığı deyil, fənnin mahiyyətini başa düşüb-düşməməsini yoxlamalıdır.

Nəhayət, müasir dövrün tələbi olaraq elektron və interaktiv dərsliklərin tətbiqi genişləndirilməlidir. Müasir dövrün uşaqları vizual və interaktiv materiallarla daha tez öyrənirlər. Qalın, ağır və vizual tərtibatı zəif olan kitablar uşaqları mütaliədən soyudur. Elektron dərslik bazası zənginləşdirilməli, dərsliklərə 3D modellər, animasiyalar və interaktiv tapşırıqlar inteqrasiya edilməlidir. Bu, xüsusilə biologiya, fizika və kimya kimi təbiət elmlərinin mənimsənilməsini asanlaşdırar.

Və nəhayət, dərslik sahəsindəki islahatlar sadəcə dizayn və ya orfoqrafik düzəlişlərlə məhdudlaşmamalıdır. Biz dərslik yazarkən qarşımıza "Bu uşaq gələcəkdə hansı bacarıqlara sahib olmalıdır?" sualını qoymalı və kitablarımızı həmin hədəfə kökləməliyik".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 729   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.