Yaşıl çay alarkən bunlara diqqət edin - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Yaşıl çay alarkən bunlara diqqət edin - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər sağlam qidalanmaya marağın artması ilə yaşıl çay da ən çox istehlak edilən içkilərdən birinə çevrilib. Xüsusilə detoks məqsədilə istifadə olunan yaşıl çaylar bazarda müxtəlif formalarda - açıq şəkildə çəki ilə, paketləşdirilmiş dəmləməlik və birdəfəlik paketlərdə satışa çıxarılır. Lakin bu qədər seçim arasında istehlakçıların hansı məhsula üstünlük verməli olduğu sual doğurur. Bəs keyfiyyətli yaşıl çayı necə ayırd etmək olar?

Açıq satılan çay daha etibarlıdır, yoxsa qablaşdırılmış məhsullar? İstehlakçılar alış-veriş zamanı hansı məqamlara diqqət etməlidirlər ki, həm keyfiyyətli, həm də təhlükəsiz məhsul seçsinlər?
Yaşıl çay alarkən bunlara diqqət edin - Hansı daha keyfiyyətlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, yaşıl çay faydalı içki hesab olunsa da, onu "detoks" vasitəsi kimi təqdim etmək doğru deyil. Onun sözlərinə görə, sağlam insan orqanizmində zərərli maddələrin xaric olunmasını əsasən qaraciyər və böyrəklər həyata keçirir: "Yaşıl çay isə tərkibindəki antioksidant maddələr hesabına sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin möcüzəvi detoks təsiri göstərmir.

Keyfiyyətli yaşıl çay seçərkən ilk növbədə məhsulun mənşəyinə, istehsal tarixinə, qablaşdırılmasına və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Yarpaqların rəngi təbii yaşıl və ya zeytuni tonlarda olmalı, kəskin və ya kif iyi olmamalıdır. Çayın aromatı təbii və yüngül olmalıdır.

Çəki ilə açıq satılan yaşıl çaylar keyfiyyətli ola bilsə də, onların necə saxlanıldığı böyük əhəmiyyət daşıyır. Açıq məhsullar rütubət, günəş işığı, toz və xarici qoxuların təsirinə daha çox məruz qalır. Bundan əlavə, istehsal tarixi və mənşəyi barədə məlumatı yoxlamaq da hər zaman mümkün olmur.

Paketləşdirilmiş dəmləməlik yarpaq çaylar isə etibarlı istehsalçı tərəfindən hazırlanıbsa, daha təhlükəsiz seçim hesab edilə bilər. Onların qablaşdırılması çayın keyfiyyətini və aromasını daha yaxşı qoruyur. Birdəfəlik çay paketləri isə istifadədə rahatdır, lakin bəzi ucuz məhsullarda bütöv yarpaq əvəzinə xırdalanmış çay hissəcikləri istifadə oluna bilər. Buna görə də tanınmış və etibarlı markalara üstünlük vermək məqsədəuyğundur.

Nəticə olaraq, istehlakçılar yalnız çayın növünə deyil, onun keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirməlidirlər. Etiket məlumatları tam olan, qablaşdırılması zədələnməmiş və etibarlı istehsalçılar tərəfindən təqdim edilən yarpaq yaşıl çaylar adətən daha yaxşı seçim sayılır. Eyni zamanda yaşıl çayı normadan artıq qəbul etmək də tövsiyə olunmur. Xüsusilə hamilələr, süd verən analar, qanazlığı və ya bəzi xroniki xəstəlikləri olan şəxslər yaşıl çayı gündəlik rasiona daxil etməzdən əvvəl həkim məsləhəti almalıdırlar.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.