Süni intellekt hansı peşələrin yoxa çıxmasına gətirib çıxara bilər? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMA

Süni intellekt hansı peşələrin yoxa çıxmasına gətirib çıxara bilər? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarını köklü şəkildə dəyişməkdədir. Artıq bir çox sahədə insanların yerinə proqramlar və ağıllı sistemlər işləyir, bəzi işlər isə tamamilə avtomatlaşdırılır. Bu proses məhsuldarlığı artırsa da, milyonlarla insanın məşğulluğu ilə bağlı narahatlıqları da gündəmə gətirir. Yaxın illərdə bəzi peşələrə tələbatın azalacağı, yeni bacarıqlar tələb edən ixtisasların isə daha çox ön plana çıxacağı gözlənilir.

Bəs süni intellekt ən çox hansı peşələri risk altına salır? Hansı sahələrdə çalışanlar dəyişən əmək bazarına indidən hazırlaşmalıdır?
Süni intellekt hansı peşələrin yoxa çıxmasına gətirib çıxara bilər? - İKT ÜZRƏ EKSPERTDƏN AÇIQLAMAMövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, tarixə baxanda oxşar qorxular hər böyük texnoloji dəyişiklikdə yaşanıb, sənaye inqilabı, avtomatlaşdırma, kompüterlərin yayılması. Onun sözlərinə görə, hər dəfə bəzi peşələr həqiqətən itib (məsələn, telefon operatorları, makinaçılar və s.), amma eyni zamanda əvvəllər mövcud olmayan yeni peşələr yaranıb: "Süni intellektlə bağlı fərq ondadır ki, bu dəfə təsir fiziki əməkdən çox zehni əməyə yəni, yazı, tərcümə, analiz, dizayn, proqramlaşdırma kimi sahələrə yönəlir. Bu da onu göstərir ki, keçmiş nümunələr birbaşa təkrarlanmaya bilər. Reallıqda ən çox baş verən şey peşələrin tam əvəzlənməsi yox, transformasiyasıdır. Bir peşə onlarla fərqli tapşırıqdan ibarətdir və süni intellekt adətən onların bir hissəsini avtomatlaşdırır. Məsələn, tərcüməçilər indi maşın tərcüməsini redaktə edən mütəxəssislərə çevrilirlər; hüquqşünaslar sənəd axtarışını süni intellektə həvalə edib strategiyaya daha çox vaxt ayırırlar. Yəni "peşə itir" demək çox vaxt "peşənin məzmunu dəyişir" deməkdir.

Bununla belə, bəzi sahələrdə iş yerlərinin sayının azalması real riskdir. Xüsusən təkrarlanan, standart tapşırıqlara əsaslanan işlərdə (müştəri dəstəyi, sadə mətn hazırlanması, məlumat daxil edilməsi). Burada əsas problem dəyişikliyin sürətidir. İnsanların yenidən ixtisaslaşmağa vaxtı çatacaqmı?
Ona görə də ən ağlabatan yanaşma nə panika, nə də tam laqeydlikdir. Qorxmaq əvəzinə uyğunlaşmaq daha faydalıdır. Süni intellekt alətlərindən istifadə etməyi öyrənmək, insanlara xas qalan bacarıqları (tənqidi düşüncə, ünsiyyət, məsuliyyət daşımaq, kontekstual mühakimə) inkişaf etdirmək. Çox güman ki, süni intellektdən istifadə edən mütəxəssislər ondan istifadə etməyənləri əvəz edəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 330   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.