"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRAR"Stimul Hospital"da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə "Stimul Hospital"a müraciət edən N.F. üzərində laparoskopik üsulla "sleeve qastrektomiya" (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib.

İttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada qiymətləndirilməyib. Məhkəmə materiallarında qeyd olunur ki, bu mərhələdə həkim konsilium təşkil etməli, təcili kompüter tomoqrafiyası (KT) müayinəsi aparmalı və tikiş xəttində yaranmış mümkün mədə sızmasını vaxtında müəyyən edərək cərrahi müdaxilə etməli idi. Bunun əvəzinə pasiyentə 10 gün müddətində antibiotik müalicəsi təyin edilib.

Sonradan aparılan KT müayinəsində qarın boşluğunda abses aşkar olunub və N.F. təkrar əməliyyat edilib. Bir müddət sonra isə onda mədə fistulu inkişaf etdiyindən üçüncü cərrahi müdaxilə həyata keçirilib. İttihama əsasən, ilkin əməliyyatdan sonra yaranmış mədə sızmasının vaxtında aradan qaldırılmaması nəticəsində pasiyentdə peritonit, sepsis və poliorqan çatışmazlığı inkişaf edib. Nəticədə N.F. vəfat edib.

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRARMəhkəmə hesab edib ki, təqsirləndirilən şəxs xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib və yol verdiyi səhlənkarlıqla ağır nəticələrin yaranmasına səbəb olub.

Cərrah məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməliyyat tibbi standartlara uyğun icra olunub, sonradan yaranan ağırlaşmalar isə bariatrik cərrahiyyədə rast gəlinən risklərdəndir. Onun sözlərinə görə, pasiyentdə müşahidə olunan yüksək hərarət ilk mərhələdə mədə sızmasını təsdiqləyən əlamət hesab edilməyib və buna görə antibiotik müalicəsinə başlanılıb. Həkim qeyd edib ki, hərarət davam etdikdən sonra KT müayinəsi aparılıb, aşkar olunan abses cərrahi yolla aradan qaldırılıb və sonrakı əməliyyatlar beynəlxalq cərrahi tövsiyələrə uyğun həyata keçirilib.

Təqsirləndirilən şəxs həmçinin iddia edib ki, pasiyentin ölümünə səbəb əməliyyat deyil, sonrakı dövrdə yaranmış qidalanma pozğunluğu, albumin çatışmazlığı və daxili orqanların fəaliyyətinin zəifləməsi olub. O, məhkəmədən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməyib.

Zərərçəkmişin hüquqi varisi isə məhkəmədə bildirib ki, əməliyyatdan qısa müddət sonra N.F.-də yüksək hərarət, halsızlıq və qusma başlayıb. Onun sözlərinə görə, ailə həkimə dəfələrlə müraciət etsə də, vəziyyət ciddi qiymətləndirilməyib və yalnız antibiotik müalicəsi tövsiyə olunub. Daha sonra aparılan müayinələr nəticəsində ağırlaşmalar aşkarlanıb və pasiyent ardıcıl olaraq iki dəfə yenidən əməliyyat edilib. Hüquqi varis həmçinin əməliyyatlara görə ödənişlərin nağd şəkildə həyata keçirildiyini və bunun müqabilində hər hansı maliyyə sənədi təqdim olunmadığını iddia edib.

"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü - QƏRARQaynarinfo "Stimul Hospital"la əlaqə saxlayaraq təqsirləndirilən şəxsin sözügedən klinikada ümumi cərrah vəzifəsində çalışan Rəşad Əkbərli olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Klinika Rəşad Əkbərlinin onların işçisi olduğunu təsdiqləyib. Lakin N.F. ilə bağlı hadisə və cərrahın həbsi barədə məlumatlı olmadığını bildiriblər.

Əməkdaşımızın "Rəşad doktor hazırda işdədirmi, onunla danışa bilərikmi?" sualına isə cavab olaraq bildirilib ki, adiçəkilən cərrah bu gün işə çıxmayıb. Daha sonra isə əlaqə nömrəsi istənilərək redaksiya ilə əlaqə saxlanılacağı bildirilib. Lakin bir neçə saat keçsə də, klinika geridönüş etməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.