Özəl bağça və məktəblərdə qiymət artımı: Maaşlar yerində saydığı halda təhsil niyə bahalaşır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının ardıcıl şəkildə artırılması valideynlərin narahatlığını daha da gücləndirib. Yeni tədris ili yaxınlaşdıqca bəzi özəl bağça və məktəblərin qiymətlərə yenidən baxması ailə büdcəsinə əlavə yük yaradıb. Xüsusilə ölkədə əməkhaqları və əhalinin gəlirlərində eyni templə artım müşahidə olunmadığı bir dövrdə bu bahalaşmanın nə dərəcədə əsaslı olduğu sual doğurur.
Valideynlər hesab edirlər ki, təhsil kimi mühüm sahədə qiymət artımları xidmətin keyfiyyəti, iqtisadi reallıq və vətəndaşların ödəmə qabiliyyəti nəzərə alınmaqla həyata keçirilməlidir. Bəs özəl təhsil müəssisələrinin təhsil haqlarını artırması hansı səbəblərlə izah olunur və bu artımlar mövcud iqtisadi şərait fonunda nə dərəcədə əsaslı hesab oluna bilər?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların demək olar ki, sabit qaldığı və ya çox cüzi artdığı bir şəraitdə özəl təhsil və bağça haqlarının sürətlə yüksəlməsi cəmiyyətdə ciddi bir sosial-iqtisadi gərginlik və ədalətsizlik hissi yaradır. Onun sözlərinə görə, bu məsələyə birtərəfli yanaşmaq mümkün deyil, çünki bir tərəfdə övladına yaxşı gələcək qurmaq istəyən, lakin büdcəsi məhdud olan valideyn, digər tərəfdə isə artan inflyasiya, yüksək icarə haqları və ixtisaslı kadr saxlamaq bəhanəsi ilə qiymətləri qaldıran özəl sektor dayanır: "Lakin təhsil adi bir kommersiya fəaliyyəti, mağazadan alınan gündəlik tələbat malı deyil ki, onun qiymətini tamamilə bazarın idarəolunmaz axarına buraxaq. Ölkədə real gəlirlərin artım sürəti ilə təhsil haqlarının bahalaşması arasındakı uçurum genişləndikcə, cəmiyyətdə intellektual təbəqələşmə qaçılmaz olur və keyfiyyətli təhsil yalnız dar bir elitar qrupun imtiyazına çevrilir. Bu isə gələcəkdə istedadlı, lakin imkansız uşaqların potensialının kölgədə qalması deməkdir.
Bu disbalansı tənzimləmək üçün sərbəst bazar qaydalarına rəğmən, dövlətin müvafiq qurumlarının nəzarət mexanizmlərinin işə düşməsi və özəl müəssisələrin qiymət siyasətinin iqtisadi cəhətdən nə dərəcədə əsaslandırıldığının yoxlanılması olduqca vacibdir. Ən fundamental və uzunmüddətli həll yolu isə dövlət məktəb və bağçalarının tədris keyfiyyətini elə bir yüksək səviyyəyə qaldırmaqdır ki, özəl sektor qiymətləri süni şəkildə artıranda valideynlərin hər zaman güvənli, keyfiyyətli və pulsuz bir alternativi olsun. Yalnız bu cür sağlam rəqabət mühitində təhsil biznes maraqlarının qurbanına çevrilməz və hər bir vətəndaş üçün əlçatan olar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 651 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988