Tutulma müddəti hansı hallarda uzadıla bilər?

Tutulma müddəti hansı hallarda uzadıla bilər?"İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti ümumilikdə üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydanın bir sıra istisnaları da nəzərdə tutulub".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, dövlət sərhədi, sərhədboyu rejimi və ya buraxılış məntəqələrində rejimin pozulması, avaralıqla məşğul olma, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qanunsuz qalması, eləcə də ölkədə olma qaydalarının pozulması hallarında şəxs törədilmiş xətanın hallarının və şəxsiyyətinin müəyyən edilməsi məqsədilə 24 saatadək inzibati qaydada tutula bilər:

"Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkədən inzibati qaydada çıxarılma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya buna əsaslı şübhə olduqda, həmçinin onların şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə tutulma müddəti üç günədək uzadıla bilər.

Qanunvericiliyə görə, fövqəladə və ya hərbi vəziyyət elan edilmiş ərazidə komendant saatı zamanı xüsusi icazə olmadan küçədə və ya digər ictimai yerlərdə olan şəxslər komendant saatı başa çatanadək saxlanıla bilər. Şəxsiyyətini təsdiq edən sənəd olmadıqda isə tutulma müddəti şəxsiyyət müəyyən edilənədək davam edə bilər.

Bundan başqa, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxslər şəxsiyyəti müəyyən edilənədək saxlanıla bilər. Xüsusi əməliyyatı həyata keçirən əməkdaşların qanuni tələblərinə mane olan şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilərlər.

Barəsində inzibati həbs nəzərdə tutulan inzibati xəta üzrə icraat aparılan şəxslərin tutulma müddəti 24 saatadək müəyyən edilir. Lakin işin mürəkkəbliyi, hüquqpozucuların sayının çoxluğu və ya şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinəyə göndərilməsi hallarında bu müddət 48 saatadək uzadıla bilər.

Cinayət işi üzrə tutulma müddəti

Cinayət təqibi çərçivəsində tutulan şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən saxlanılma müddəti 48 saatdır.

Bu müddət başa çatana qədər şəxsə ittiham elan edilməli, həbs qətimkan tədbirinin seçilməsi üçün prokurorun təqdimatı olduqda isə o, məhkəmə qarşısına çıxarılmalıdır. Məhkəmə təxirə salınmadan məsələyə baxmalı və şəxsin həbs olunması və ya azadlığa buraxılması barədə qərar qəbul etməlidir.

Bununla yanaşı, bəzi ağır və xüsusilə ağır cinayətlərlə bağlı işlərdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya materialların həcminin böyük olması səbəbindən bu prosessual hərəkətləri 48 saat ərzində başa çatdırmaq mümkün olmadıqda, məhkəmənin qərarı ilə həmin müddət əlavə 48 saatadək uzadıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.