Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQ

Bu kartla nəqliyyat ödənişinin 10%-İ GERİ QAYTARILACAQTəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir.

Bu barədə "Bakupost"a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzrə bütün TəhsilPlus kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10%-i kart hesabına geri qaytarılacaq.

Geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin TəhsilPlus kart hesabına köçürüləcək. Təklif çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı limit nəzərdə tutulmur.

TəhsilPlus kartı istifadəçiləri nəqliyyat sahəsində daha bir üstünlükdən də daim yararlana bilirlər. Belə ki, BakıKart QR bilet vasitəsilə həyata keçirilən ödənişlər zamanı 10% bonus hesablanır.

Nəqliyyat üstünlükləri ilə yanaşı, TəhsilPlus kartı istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan da yararlana bilirlər.

"TəhsilPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vitrində bir qiymət, kassada başqa: supermarketləri hansı cəza gözləyir? - VƏKİLDƏN AÇIQLAMA

Azərbaycanda alıcıların ən çox üzləşdiyi problemlərdən biri də endirimli məhsulların kassada daha baha qiymətlə hesablanmasıdır. Müştəri vitrində endirim etiketi görərək məhsulu seçir, lakin ödəniş zamanı ona "endirim bitib" və ya "qiymət yenilənib" deyilir. Halbuki qanunvericiliy

26.08.2026 408
.

Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar - Yenilənib

Bu gün Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli incəsənət məktəbində görülən işlər barədə məlumat verib

26.08.2026 325
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26.08.2026 205
.

Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib

Avqustun 26-da Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığ

26.08.2026 142
.

7-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 25-i saat 18 radələrində Xırdalan şəhər sakini 2025-ci il təvəllüdlü Sadiq Elvin oğlu Atakişiyev 7-ci mərtəbədə yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktl

26.08.2026 288
.

Pezeşkian və Putin gələn həftə görüşməyi planlaşdırırlar

İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putin gələn həftə görüşməyi planlaşdırırlar. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. Onun sözlərinə görə, iki prezidentin görüşü avqustun 31-i Qırğızıstanı

26.08.2026 129
.

Bakıda I sinfə qəbulda rekord rəqəm: məktəblərdə yer problemi yarana bilərmi? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca Bakıda məktəblərin şagird sıxlığı məsələsi yenidən gündəmə gəlir. Belə ki, 19 avqust saat 11:00-a olan məlumata görə, paytaxt məktəblərinin I sinfinə qəbul üçün artıq 39 094 elektron sorğu yerləşdirilib. Bu isə on minlərlə uşağın sentyabrdan etibarə

26.08.2026 277
.

Zabratda küçədən meyit tapıldı

Bakıda küçədən kişi meyiti tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. 42 yaşlı Salmanov Ramil Firdovsi oğlunun meyiti qəsəbə ərazisində çöllükdə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Araşdırma aparılır

26.08.2026 200
.

Uqanda Prezidentinin oğlu seçkilərdə iştirak etmək niyyətindədir

Uqanda Prezidenti Yoveri Museveninin oğlu, Silahlı Qüvvələrin rəhbəri Muhuzi Kayneruqaba 2031-ci ildə prezident postuna namizədliyini irəli sürəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. "Mən 2031-ci ildə ölkədəki ən ali posta namizədliyim

26.08.2026 132
.