Ət bazarında çalxalanma - QİYMƏT ARTACAQ?

Ət bazarında çalxalanma - QİYMƏT ARTACAQ?2027-ci ildən etibarən heyvanların daşınması qaydalarında mühüm dəyişikliklər tətbiq olunacaq. Yeni tələblərə əsasən, satışa çıxarılacaq və ölkəyə idxal edilən heyvanlar yalnız xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşına biləcək. Qərarın əsas məqsədi heyvanların rifahını və daşınma zamanı təhlükəsizliyini təmin etməkdir. Lakin sahibkarlar bunun əlavə xərclərə səbəb olacağını və nəticədə ətin qiymətinə təsir göstərə biləcəyini bildirirlər.

Bəs "ixtisaslaşdırılmış nəqliyyat vasitəsi" dedikdə nə nəzərdə tutulur? Bu avtomobillər hansı standartlara cavab verməlidir?

Yeni qaydaların tətbiqi sahibkarların xərclərinə və ət bazarındakı qiymətlərə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, heyvanların daşınması ilə bağlı beynəlxalq standartlar və müəyyən tələblər mövcuddur:

"Azərbaycana son 10-15 il ərzində xüsusilə Avropa ölkələrindən gətirilən damazlıq heyvanların daşınmasına həmin heyvanları satan şirkətlər və ixracatçı ölkələr ciddi nəzarət edirlər. Hətta bir müddət əvvəl Azərbaycanın bu sahədə tətbiq etdiyi daşınma standartları ilə bağlı müəyyən problemlər də yaşanmışdı. Standartlara tam cavab verilmədiyi üçün damazlıq heyvanların ölkəyə gətirilməsi və satışı prosesində müəyyən çətinliklər yaranmışdı. Buna görə hesab edirəm ki, qanunvericiliyə təklif olunan dəyişikliklər beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərlə bağlıdır və Azərbaycan da bu tələbləri tətbiq etməlidir".

Ekspert qeyd edib ki, hazırda ölkəyə gətirilən damazlıq heyvanlar beynəlxalq standartlara cavab verən xüsusi nəqliyyat vasitələri ilə daşınır:

"Düşünürəm ki, yeni tələblər əsasən kəsim üçün və digər məqsədlərlə idxal olunan diri heyvanların daşınmasını da əhatə edəcək. Yəni bu heyvanların daşındığı nəqliyyat vasitələri də müəyyən texniki və sanitariya standartlarına cavab verməlidir. Azərbaycana diri heyvanlar əsasən avtomobil nəqliyyatı ilə, beynəlxalq avtomobil yolları vasitəsilə gətirilir və bunun özünəməxsus daşınma xərcləri var. Əgər ixtisaslaşdırılmış nəqliyyat vasitələrindən istifadə məcburi olarsa, təbii ki, daşınma xərclərində müəyyən artım ola bilər. Lakin hesab etmirəm ki, bu artım daxili bazarda ətin qiymətinə ciddi təsir göstərəcək. Məncə, qiymət fərqi böyük olmayacaq və nəticə etibarilə istehlak bazarında ətin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 375
.

NASA iş elanı verdi - Maaş 164 mindir

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib. "Qafqazinfo" xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər "Artemis" layihəsinin bir hissəs

13.11.2026 472
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 248
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

18:50 105
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 321
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 227
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 170
.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

19:00 80
.

Tovuzda hamilə bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hamilə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Fakt araşdırılır

13.11.2026 396
.