40 manatdan 10 min manata qədər cərimə: Kimlər risk altındadır?
"Vergi Məcəlləsinə əsasən, vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalarına görə maliyyə sanksiyaları nəzərdə tutulur".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, qanunvericiliyə əsasən, vergi hesabatının və digər məlumatların təqdim edilməməsi və ya müəyyən olunmuş müddətdə təqdim edilməməsi hallarında hüquqpozmanın xarakterindən asılı olaraq 40 manatdan 10 000 manatadək maliyyə sanksiyası tətbiq oluna bilər:
"Az miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınan şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə hallarda inzibati xətanın bilavasitə obyekti olmuş vergi və digər ödənişlərin məbləğinin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir. Burada "az miqdar" dedikdə 50 min manatdan yuxarı olmayan məbləğ nəzərdə tutulur. Bu əməli ilk dəfə törətmiş şəxs vurulmuş ziyanı tam ödədiyi halda inzibati məsuliyyətdən azad edilir.
Vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma xeyli miqdarda olduqda isə artıq cinayət məsuliyyəti yaranır. Bu halda təqsirkar şəxs vurulmuş ziyanın iki mislindən üç mislinədək məbləğdə cərimə, iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Məhkəmə, həmçinin onu müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edə bilər.
Əməl mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə, təqsirkar şəxs vurulmuş ziyanın üç misli məbləğində cərimə və ya üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Hüquqpozma xüsusilə külli miqdarda törədildikdə isə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli məbləğində cərimə və ya beş ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu zaman şəxs üç ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan da məhrum edilə bilər.
Qanunvericiliyə əsasən, "xeyli miqdar" dedikdə 50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan, "külli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan, "xüsusilə külli miqdar" dedikdə isə 500 min manatdan yuxarı məbləğ başa düşülür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 461 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 288 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 375 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
17:30 138 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 218 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 221 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
16:10 158