Maaş artımları inflyasiyanı üstələyirmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda orta aylıq nominal əməkhaqqının artması ilə bağlı statistika mütəmadi olaraq açıqlanır. Rəsmi rəqəmlər maaşların yüksəldiyini göstərsə də, gündəlik həyatda qiymət artımları fonunda bu artımın vətəndaşların real gəlirlərinə necə təsir etdiyi müzakirə mövzusu olaraq qalır.
Bəs maaş artımları inflyasiyanın yaratdığı təsiri kompensasiya edə bilirmi? Əməkhaqlarındakı yüksəliş alıcılıq qabiliyyətinin artmasına səbəb olur, yoxsa qiymət artımları bu üstünlüyü aradan qaldırır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu suala vahid cavab vermək çətindir, çünki orta aylıq əmək haqqının artımı ilə əhalinin real alıcılıq qabiliyyəti eyni məna daşımır. Onun sözlərinə görə, əgər maaşların artım tempi inflyasiya səviyyəsini üstələyirsə, bu halda real gəlirlər artır və insanların alıcılıq qabiliyyəti yaxşılaşır: "Əksinə, inflyasiya maaş artımından yüksək olarsa, nominal gəlirlər artsa belə, insanların gündəlik xərcləri daha sürətlə yüksəldiyi üçün real rifahda artım hiss olunmur.
Azərbaycanda son illərdə orta aylıq əməkhaqqında artım müşahidə olunsa da, bunun bütün əhali qruplarına eyni dərəcədə təsir etdiyini demək olmaz. Orta göstərici yüksək gəlirli sahələrdə çalışanların maaş artımlarını da əks etdirdiyi üçün bəzi sektorlarda çalışanların gəlirləri orta göstəricidən daha aşağı templə arta bilər. Bu səbəbdən orta əməkhaqqının artması hər bir vətəndaşın gəlirinin eyni səviyyədə yüksəlməsi anlamına gəlmir.
Digər tərəfdən, inflyasiyanın strukturu da mühüm əhəmiyyət daşıyır. Əgər qiymət artımı əsasən ərzaq, kommunal xidmətlər və gündəlik tələbat mallarında baş verirsə, bu, xüsusilə aşağı və orta gəlirli ailələrin büdcəsinə daha çox təsir göstərir. Belə hallarda maaş artımı statistik olaraq inflyasiyanı üstələsə belə, insanlar bunu gündəlik həyatlarında kifayət qədər hiss etməyə bilərlər.
Ona görə də maaş artımlarının inflyasiyanı üstələyib-üstələmədiyini qiymətləndirərkən təkcə orta əməkhaqqına deyil, real əməkhaqqı artımına, inflyasiyanın səviyyəsinə və əhalinin müxtəlif gəlir qrupları üzrə alıcılıq qabiliyyətində baş verən dəyişikliklərə birlikdə baxmaq daha düzgün yanaşmadır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 10 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 461 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 288 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 375 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
19:24 0 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
17:30 138 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 218 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 221 Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdə
16:10 158